Naxçıvana verilən dotasiya AZALDILIR

 15:51 22.11.2022     442

“Naxçıvan Muxtar Respublikası ilə danışıqlar aparılıb və Naxçıvan Muxtar Respublikasının Baş naziri tərəfindən Maliyyə Nazirliyinə məktubla müraciət edilib. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərə növbəti il üçün 20 mln. əlavə olunması və təbii olaraq dövlət büdcəsinin verilən dotasiyanın azaldılması imkanlarını araşdırılması ilə bağlı müraciət olub”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Azər Bayramov deyib ki, bunlar nəzərə alınaraq, 2023-cü ilin dövlət büdcəsinin ikinci oxunuşu üçün dəyişikliklər təklif olunur: “İkinci oxunuş üçün 2023-cü ilin dövlət büdcəsinin layihəsində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasını büdcəsinə nəzərdə tutulmuş dotasiya ilə bağlı dəyişikliklər olub. Naxçıvan Muxtar Respublikasının büdcəsinin 31,1 mln manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması və sərbəstləşən 31 milyon manat vəsaitin 11,1 mln. manatının Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin digər ərazi qurumlarının saxlanmasına xərclənməsi, 4,1 milyon manatın Milli Məclisin saxlanılması xərclərinin artırılmasına yönəldilməsi, 15,9 milyon manat vəsaitin İsrail, Albaniya, Keniya dövlətlərində səfirliyin və Fələstin dövlətindəki təmsilçilik ofisinin açılması və mövcud səfirliklərdə digər izafi xərclərinin artırılması və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində maraqlarının qorunması xərclərinin qarşılanması üçün artırılmasına yönəldilir” (apa).

Vumart və Güvən reklamı Vumart Güvən