Neft hasilatı ilə bağlı yeni qərar verildi

 16:45 04.12.2022     341

OPEC+ ölkələri neft hasilatı üzrə hazırkı planı saxlamaq qərarına gəliblər.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu təşkilatdakı mənbə bildirib.

Bir müddət öncə OPEC+ sazişində iştirak edən ölkələr üzrə nazirlərin videokonfrans formatında görüşü keçirilib.

Görüşdən öncə təşkilatın hasilatı sutkada 2 milyon barel azaltmaq barədə danışıqlar apardığına dair şayiələr yayılıb. Lakin görünən odur ki, bu iddialar öz təsdiqini tapmayıb.