ABŞ Rusiya neftinin qiymətini bloka aldı

 22:30 05.12.2022     344

ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin bir bareli üçün 60 dollar səviyyəsinin ən üst hədd kimi qəbul olunduğu qərarın dekabrın 5-dən qüvvəyə minməsi ilə bağlı qətnamə dərc edib.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen tərəfindən imzalanmış müvafiq sənəd departamentin saytında yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl “Böyük Yeddilik”, Avropa İttifaqı ölkələri, eləcə də Avstraliya dekabrın 5-dən gəmiləri və əraziləri üçün dənizdə Rusiya neftinin barelinə 60 dollardan yuxarı qiymət tətbiq etməmək barədə razılığa gəlib. Bundan əlavə, 2023-cü il fevralın 5-dən etibarən parametrləri daha sonra müəyyən ediləcək neft məhsulları üçün ən üst hədd qiymətləri qüvvəyə minəcək. Rusiya neftinin Aİ ölkələrinə tədarükünə qoyulan embarqo ilə bağlı qərar qüvvədə qalıb və dekabrın 5-də də qüvvəyə minib, sadəcə, bu, “Drujba” neft boru kəməri ilə Macarıstan, Çexiya və Slovakiyaya yanacaq tədarükünə hələ təsir etməyəcək.

Tunar Altunbay