"Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var" - Komitə sədri

 14:07 16.12.2022     314

Hazırda Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

"Həmçinin növbəti 6 ayda ərzaq ehtiyatları ilə bağlı sığortalanmış sistem yaradılıb" - deputat deyib.