Neft 3 faizdən çox ucuzlaşdı
Neft qiymətləri dekabrın 16-da axşam saatlarında 3 faizdən çox ucuzlaşıb.
Redaktor.az xəbər verir ki, “İnterfaks”ın yaydığı məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçersləri Bakı vaxtı ilə saat 18:37-də bir barel üçün 2,65 ABŞ dolları (3,26%) ucuzlaşaraq 78,56 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin yanvar fyuçerslərinin kotirovkaları qeyd olunan vaxtadək 2,54 ABŞ dolları (3,34%) azalaraq bir barel üçün 73,57 ABŞ dolları təşkil edib.
Tunar Altunbay












