“Base Metals” Qarabağda “Dəmirli” mədəninin istismarını dayandırdı

“Base Metals” şirkəti ekspertiza başa çatana qədər Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində “Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlib.
Redaktor.az-ın Ermənistan mediasına istinadla məlumatına görə, şirkətin bəyanatında deyilir ki, ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb.
Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.
Qeyd edək ki, ''Base Metals'' QSC 7 avqust 2002-ci ildə təsis edilmiş və Qarabağda fəaliyyət göstərən "Vallex" şirkətlər qrupuna daxildir. Şirkət Qarabağda Dəmirli mədənini qanunsuz istismar edirdi.