“Brent” nefti yenidən UCUZLAŞDI

 10:45 04.01.2023     323

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 0,55% azalaraq 1 barelə görə 81,65 dollar təşkil edib.

Redaktor.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,64% azalaraq 76,44 dollara enib.