Neft kəskin UCUZLAŞDI

 20:51 04.01.2023     352

Neft dünya iqtisadiyyatındakı və Çindəki koronavirusla bağlı narahatlıqlar səbəbindən kəskin ucuzlaşıb.

Redaktor.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 3,49 ABŞ dolları (4,25%) ucuzlaşaraq 1 bareli 78,61 ABŞ dollarına satılıb.

WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 3,24 ABŞ dollarına (4,21%) düşüb və 1 bareli 73,69 ABŞ dolları təşkil edib.