“Kapital Bank”ın 20 milyonluq səhmlərini alan şirkət açıqlandı

 10:11 09.01.2023     318

Dekabrın 27-də BFB-də keçirilən hərracda “Kapital Bank” ASC-nin son emissiya etdiyi səhmlərin hamısını “PASHA Holding” MMC əldə edib.

Redaktor.az xəbər verir ki, bu barədə bankın insayder əqdi barədə məlumatda bildirilib. Belə ki, bank 1,612,129 ədəd səhm emissiya etmişdi və onların hər birinin nominal dəyəri 12.39 manat olub. Ümumilikdə səhm paketinin ümumi dəyəri 19 milyon 974 min 278.31 manat təşkil edib.

Nəticədə, holdinqin “Kapital Bank”ın nizamnamə kapitalında payı 81.08% təşkil edib.