Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılır

 14:25 16.01.2023     411

“Turan” maliyyə tətbiqi Türkiyədən Azərbaycana bir neçə saniyə ərzində komissiyasız pul köçürmələrinə başlayıb.

Redaktor.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara təklif edilir.

Qeyd edək ki, 2022-ci ilin sonuna olan məlumata görə, Türkiyədə 68 mindən çox Azərbaycan vətəndaşı yaşayır. Bu vətəndaşların ən mühüm problemlərindən biri ölkələrinə pul köçürmələri prosesində yaranan çətinliklərdir. Tətbiq bu addımla həmin şəxslər üçün rahat ödəmə imkanı yaradacaq.

Xatırladaq ki, “Turan” maliyyə tətbiqi Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türkdilli dövlətlərdə də fəaliyyət göstərməyi hədəfləyir.