"TUNA" QSC 2021-ci il üzrə hesabatı dərc edir

 14:42 23.01.2023     887

“TUNA” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci il üzrə illik idarəetmə hesabatı

  1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:

Tuna Qapalı Səhmdar Cəmiyyəti(Tuna qsc), Vöen 1700294531, dövlət qeydiyyatının tarixi (17/07/1998 ) və nömrəsi (1266);

  1. Emitentin hüquqi ünvanı  olduğu yer: Hüquqi ünvanı (AZ1010, Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyov, ev.21, m.3) və olduğu yer (1031 Bakı şəhəri Nizami Rayonu Keşlə ştq 1-ci önünə ev.19)
  1. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:

Tuna şirkəti  (Vöen 170041060),Vöenin verilmə tarixi (24/08/1998 ) ; Tuna şirkəti(Vöen 1700294531) Vöenin verilmə tarixi (17/12/2004 ); Tuna qsc Vöen 1700294531  20/12/2019

  1. Emitentin hesabat dövrü ərzində yaranmış  ləğv edilmiş filialları  nümayəndəliklərinin adı, olduqları yer  qeydiyyatları haqqında məlumatlar:

Hesabat  dövrü ərzində yaranmış flial Tuna Xırdalan(Abşeron rayonu Xırdalan şəhəri Məmməd Əmin Rəsulzadə küçəsi,92)

  1. Emitentin hesabat dövrü ərzində yaranmış  ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi  qüvvədə olma müddəti:

Hesabat dövrü ərzində göstərilənlər üzrə heç bir dəyişiklik edilməmişdir.

  1. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir  ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı:

Tuna Qapalı Səhmdar Cəmiyyəti olaraq fəaliyyət göstərir.

  1. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:

Tuna Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə kağız və polietlen məshullarının istehsalı istiqamətləri daxildir.

  1. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri  qüvvədə olma müddətləri:

Yenilənməsi üçün müraciət edilmişdir.

  1. Emitentin təklif etdiyi məhsullar  xidmətlər:

Tuna Qapalı Səhmdar Cəmiyyəti  kağız və polietilen məhsullarını istehsal edərək təklif edir.

  1. Emitentin işçilərinin sayı  onun rüblük dinamikası:

Tuna Qapalı Səhmdar Cəmiyyəti nin dekabr 2022 –ci ilin sonuna işçilərinin sayı 89 təşkil edir.

  1. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı:

Tuna Qapalı Səhmdar Cəmiyyəti nin təsisçisi Çulaqov Rəşid Yasin oğlu və direktoru Rizvanov Rövşən İsa oğlu.

  1. Emitentin fiziki  hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda

sayı:

Bütün səhmlər (100%) inin hər biri şirkətin təsisçisi Çulaqov Rəşid Yasin oğlu na məxsusdur.

  1. Emitentin nizamnamə kapitalının beş faizi  daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı- ayrılıqda göstərilir)  emitentin nizamnamə kapitalında payı:

Bütün səhmlər Çulaqov Rəşid Yasin oğluna məxsusdur.

  1. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):

Çulaqov Rəşid Yasin oğlu -8000 manat, 80 ədəd səhm (100%).

  1. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:  Belə bir fəaliyyət baş tutmamışdır.
  1. Yığıncağın keçirilmə tarixi  yeri (ünvan): 05.01.2022-ci il və 1031 Bakı şəhəri Nizami Rayonu Keşlə ştq 1-ci önünə ev.19
  1. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar: İllik hesabatların təsdiqi.
  1. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir): Mövcuddur.
  1. İnvestisiya qiymətli kağızın növü  forması:  80 ədəd adi adlı sənədsiz səhm.
  1. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi:
  1. İnvestisiya qiymətli kağızların miqdarı  nominal dəyəri: 80 ədəd adi adlı sənədsiz səhm  və nominal dəyəri 100 manatdır.
  1. İnvestisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri: Məcmu nominal dəyəri 8000 manatdır.
  1. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir): Yoxdur. Maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə şirkətin fəaliyyətinə yönləndirilmişdir.
  1. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi: Yoxdur.
  2. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi  ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda):  Milli depozit mərkəzi.
  1. Emitent tərəfindən bağlanılmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar: Olmayıb.
  1. Əqdin məbləği: Yoxdur.
  1. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi: Yoxdur.
  1. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış əqdlər barədə məlumatlar: Yoxdur.
  1. Bağlanılmış əqdin mahiyyəti, tarixi  məbləği: Yoxdur.
  1. Aidiyyəti şəxs barədə məlumat  emitentlə aidiyyət əlaqəsi: Yoxdur.
  1. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi: 05.01.2022-ci il.
  1. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat: Redaktor.az

 

  İcraçı Direktor

                       Rizvanov Rövşən

   Hesabatın hazırlanma tarixi: 10.01.2023-cü il

                          

 

***

“TUNA”

Qapalı Səhmdar Cəmiyyəti

 

31 dekabr 2021-ci  il tarixinə

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına

Uyğun Maliyyə Hesabatları və

Müstəqil Auditor Hesabatı

 

Mündəricat

31 dekabr 2021-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi ilə bağlı rəhbərliyin məsuliyyətinə dair hesabat 1

Müstəqil Auditorun hesabatı 2

Maliyyə vəziyyəti haqqında hesabat 3

Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat 4

Kapitalda dəyişikliklər haqqında hesabat 5

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 6

1. Korporativ məlumat 7

2. Təqdim etmənin əsasları 7

3. Əhəmiyyətli uçot siyasətlərinin qısa məzmunu 8

4. Əhəmiyyətli mühasibat  təxminləri və fərziyyələri 16

5. Seqment haqqında məlumat 17

6.      Gəlirlər 18

7.      Xərclər 19

8.      Mənfəət vergisi 20

9.      Torpaq, tikili və avadanlıqlar 21

10. Ehtiyatlar 22      

11. Ticari və sair debitor borcları və avans ödənişləri 22

12. Pul vəsaitləri və onların ekvivalentləri 22

13. Digər aktivlər 22

14. Kapital və ehtiyatları 23

15. Uzunmüddətli borclar 23

16. Ticari və sair kreditor borcları 23

17. Maliyyə risklərinin idarə edilməsinin məqsədi 23

18. Şərti öhdəliklər 24

19. Hesabat tarixindən sonra baş vermiş hadisələr 25

 

31 DEKABR 2021-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI  TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT

Rəhbərlik  “TUNA” QSC–nin dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyat nəticələri, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişiklikləri düzgün əks etdirən maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

  • Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsi və tətbiqinə;
  • Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
  • İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin cəmiyyətin maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-nın xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
  • Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

  • Cəmiyyət daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanılmasına;
  • Cəmiyyətin əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə onun maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və cəmiyyətin maliyyə hesabatlarının MHBS-na uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılması;
  • Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;
  • Cəmiyyətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə;
  • Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına;

Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

Rizvanov Rövşən

 

Esmira Abdurahmanova

Direktor

 

Baş mühasib

 

 

Grow Audit and Consulting MMC

Grow Audit and Consulting LLC

8 Noyabr pr, AZURE bizness mərkəzi

8 November ave, AZURE business centre

AZ1025, Bakı, Azərbaycan

AZ1025, Baku, Azerbaijan

Tel: +994 12 488 63 49

Tel: +994 12 488 63 49

Fax: +994 12 488 63 49

Fax: +994 12 488 63 49

Mobil: +994 55 277 50 99

Mobil: +994 55 277 50 99

www.grow.az

www.grow.az

 

 

MÜSTƏQİL AUDİTORUN HESABATI

“TUNA” QSC nin idarə heyətinə:

Maliyyə hesabatlarının auditinə dair hesabat: 

Müsbət rəy

Biz, “TUNA” -ın 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında  hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə  pul vəsaitlərinin hərəkəti haqqında  hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə cəmiyyətin maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin axını üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) müvafiq olaraq düzgün və ədalətli təsəvvür yaradır. 

 

Müsbət rəy üçün əsaslar

 

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları auditor rəyini əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

 

 

Grow Audit and Consulting MMC

Grow Audit and Consulting LLC

8 Noyabr pr, AZURE bizness mərkəzi

8 November ave, AZURE business centre

AZ1025, Bakı, Azərbaycan

AZ1025, Baku, Azerbaijan

Tel: +994 12 488 63 49

Tel: +994 12 488 63 49

Fax: +994 12 488 63 49

Fax: +994 12 488 63 49

Mobil: +994 55 277 50 99

Mobil: +994 55 277 50 99

www.grow.az

www.grow.az

 

 

                                                                                                                                                    

Maliyyə hesabatlarına görə rəhbərliyin  Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti 

 

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Cəmiyyətin baş direktoru cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz əlavə edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəffaflıq nümayiş etdiririk. Biz həmçinin:

  • Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
  • Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.

 

 

 

Grow Audit and Consulting MMC

Grow Audit and Consulting LLC

8 Noyabr pr, AZURE bizness mərkəzi

8 November ave, AZURE business centre

AZ1025, Bakı, Azərbaycan

AZ1025, Baku, Azerbaijan

Tel: +994 12 488 63 49

Tel: +994 12 488 63 49

Fax: +994 12 488 63 49

Fax: +994 12 488 63 49

Mobil: +994 55 277 50 99

Mobil: +994 55 277 50 99

www.grow.az

www.grow.az

 

 

  • İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
  • Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə ediməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
  • Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk. 

Biz cəmiyyətin baş direktoruna digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin cəmiyyətin baş direktoruna bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

Cəmiyyətin baş direktorunun nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmş şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

“GROW AUDIT AND CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti

Bakı, Azərbaycan Respublikası         Abdurahmanov Orxan Əlisəfa oğlu

 

       03 Aprel 2022-ci il     

 

Maliyyə vəziyyəti haqqında hesabat Azərbaycan manatı ilə

 

 

Qeyd

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Aktivlər

 

 

 

 

Torpaq, tikili və avadanlıqlar

9

                         926,932

 

599,386

Uzunmüddətli aktivlər

 

                         926,932

 

599,386

Material ehtiyatları

10

228,598

 

373,767

Ticari və sair debitor borcları

11

                       590,296

 

                        432,109

Avans ödənişləri

11

                       263,015

 

                        436,656

Pul vəsaitləri və onların ekvivalentləri  

12

                   1,088,941

 

                        931,884

Digər aktivlər

13

                         60,352

 

                           50,903

Cari aktivlər

 

                   2,231,202

 

                     2,225,319

Cəmi aktivlər

 

                   3,158,134

 

                     2,824,705

 

 

 

 

 

Kapital

 

 

 

 

Nizamnamə kapitalı

13

                          8,000

 

                           8,000

Bölüşdürülməmiş mənfəət

 

517,196

 

459,301

Cəmi kapital

 

525,196

 

467,301

 

 

 

 

 

Öhdəliklər

 

 

 

 

Uzunmüddətli borclar

14

115,095

 

                        374,687

Uzunmüddətli bank krediti

 

-   

 

96,717

Uzunmüddətli öhdəliklər

 

115,095

 

471,404

Ticari və sair kreditor borcları

15

2,029,614

 

1,675,968

Qısamüddətli bank krediti

 

432,195

 

171,759

Cari vergi öhdəlikləri

 

20,074

 

                          32,152

Müqavilə öhdəlikləri

6

35,960

 

                           6,121

Cari öhdəliklər

 

2,517,843

 

1,886,000

Cəmi öhdəliklər

 

2,632,938

 

2,357,404

Cəmi kapital və öhdəliklər

 

                  3,158,134

 

                   2,824,705

 

Rizvanov Rövşən

   

Esmira Abdurahmanova

Direktor

 

Baş mühasib

Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat Azərbaycan manatı ilə

 

Qeyd

2021-ci il

 

2020-ci il

 

 

 

 

 

Gəlir

6

 

                         3,541,586

 

                         3,224,042

Satışların maya dəyəri

7

 

(2,958,150)

 

(2,688,911)

Ümumi mənfəət

 

583,436

 

535,131

Digər gəlirlər

6

34,671

 

94,562

İnzibati və sair əməliyyat xərcləri

7

 

(538,451)

 

(491,142)

Əməliyyat fəaliyyəti nəticələri

 

                          79,656

 

138,551

Xalis maliyyə xərcləri

 

(1,394)

 

(18,218)

Mənfəət vergisindən əvvəl mənfəət

 

78,262

 

120,333

Mənfəət vergisi xərci

8

(20,367)

 

(6,624)

İl üzrə mənfəət və məcmu gəlir

 

                          57,895

 

113,709

 

Rizvanov Rövşən

 

Esmira Abdurahmanova

Direktor

 

Baş mühasib

 

Kapitalda dəyişikliklər haqqında hesabat Azərbaycan manatı ilə

 

 

Nizamnamə kapitalı

Bölüşdürülməmiş mənfəət

Cəmi kapital

01 yanvar 2020-ci il tarixində qalıq

8,000

2,495,592

2,503,592

İl üzrə mənfəət

-   

113,709

113,709

Dividendlərin verilməsi

-      

(2,150,000)

(2,150,000)

31 dekabr 2020-ci il tarixində qalıq

8,000

459,301

467,301

 

 

 

 

01 yanvar 2021-ci il tarixində qalıq

8,000

459,301

467,301

İl üzrə mənfəət

-   

57,895

57,895

Dividendlərin verilməsi

-

                -   

- 

31 dekabr 2021-ci il tarixində qalıq

8,000  

517,196

525,196

 

Rizvanov Rövşən

 

Esmira Abdurahmanova

Direktor

 

Baş mühasib

 

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat Azərbaycan manatı ilə

 

Qeyd

2021-ci il

 

2020-ci il

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

 

 

 

 

İl üzrə mənfəət

 

57,895

 

113,709

Düzəlişlər:

 

 

 

 

·         Köhnəlmə

9

236,659

 

151,567

·         Maliyyə  xərcləri

 

1,394

 

18,218

·         Mənfəət vergisi xərc 

8

20,367

 

6,624

 

 

316,315

 

290,118

Dəyişikliklər:    

 

 

 

 

·         Ticari və sair debitor borcları

 

(158,187)

 

2,231,608

·         Material ehtiyatları

 

145,169

 

(201,409)

·         Avans ödənişləri

 

173,641

 

        (169,571)

·         Ticari və sair kreditor borcları

 

353,646

 

239,192

·         Müqavilə öhdəlikləri

 

29,839

 

1,965

·         Digər aktivlər

 

(9,449)

 

(24,562)

Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri

 

850,974

 

2,367,341

Ödənilmiş mənfəət vergisi

 

(32,445)

 

(163,912)

Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri

 

818,529

 

2,203,429

 

 

 

 

 

İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti

 

 

 

 

Torpaq, tikili və avadanlıqların alınması

9

(564,205)

 

(418,537)

İnvestisiya fəaliyyətində istifadə olunmuş /(daxil olan) xalis pul vəsaitləri

 

    (564,205)

 

(418,537)

Maliyyələşdirmə fəaliyyətdə üzrə pul vəsaitlərinin hərəkəti

 

 

 

 

Qısamüddətli bank krediti

 

260,436

 

171,759

Uzunmüddətli bank krediti

 

(96,717)

 

82,509

Uzunmüddətli borclar

 

(259,592)

 

(310,090)

Nəzarət payları üzrə ödənilmiş dividendlər

 

-

 

(2,150,000)

Maliyyələşdirmə fəaliyyətində istifadə olunmuş pul vəsaitləri

 

(95,873)

 

(2,205,822)

Pul vəsaitləri və onların ekvivalentlərinin xalis (azalma)/artım

 

158,451

 

(420,930)

1 Yanvar tarixinə pul vəsaitləri və onların ekvivalentləri

12

931,884

 

1,371,032

Maliyyə xərclərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri

 

(1,394)

 

(18,218)

31 Dekabr tarixinə  pul vəsaitləri və onların  ekvivalentləri

12

1,088,941

 

931,884

 

Rizvanov Rövşən

 

Esmira Abdurahmanova

Direktor

 

Baş mühasib

 

  1. Korporativ məlumat

Cəmiyyətin 31 dekabr 2021-ci il üzrə uçot siyasəti kassa metoduna əsaslanır. Hazırkı maliyyə hesabatları 31 dekabr 2021-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynalxalq Standartlarına (MHBS) uyğun olaraq “TUNA” Qapalı Səhmdar Cəmiyyəti (“Cəmiyyət”) üçün tərtib edilmişdir.

Cəmiyyət 18 iyun 1998-ci ildə Azərbaycan Respublikasının  vətəndaşı Rəşid Çulaqov (100,00 % iştirak payı) tərəfindən “TUNA” Şirkəti adı ilə təsis edilmişdir.Hal-hazırda “TUNA” Qapalı Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət gösdərir.Cəmiyyət xüsusi razılıq tələb olunan fəaliyyət növləri üzrə müvafiq razılıq (lisenziya) aldıqdan sonra Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilməyən hər hansı bir fəaliyyətlə məşğul ola bilər, Cəmiyyətin əsas fəaliyyəti kağız, qablaşdırma və plastik istehsalıdır

Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Önünə küçəsi 19.

31 dekabr 2021-ci il tarixində Cəmiyyətin mülkiyyətinin pay bölgüsü aşağıdakı kimi olmuşdur:

 

Mülkiyyətçi

2021 (%)

 

2020 (%)

Rəşid Çulaqov

100

 

100

 

100

 

100

 

  1. Təqdim etmənin əsasları

Maliyyə hesabatları ədalətli dəyərdə ölçülən satışı mümkün olan maliyyə aktivləri, törəmə maliyyə alətləri, torpaq və binalar və investisiya xüsusiyyətləri istisna olmaqla tarixi qiymət əsasında hazırlanmışdır. Ədalətli dəyərdə sığortalanan tanınmış aktiv və öhdəliklərin köçürmə dəyərləri, sığorta edilən risklərə aid edilən ədalətli dəyərdə dəyişiklikləri qeyd etmək üçün uyğunlaşdırıldı. Maliyyə hesabatları Azərbaycan manatında göstərilib, əks təqdirdə bütün dəyərlər ən yaxın rəqəmə yuvarlaqlaşdırılır.

 

Uyğunluq haqqında bəyanat

Cəmiyyətin Maliyyə hesabatları Mühasibat Uçotu üzrə Beynəlxalq Standartlar Şürası (MUBSŞ) tərəfindən buraxılan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Cəmiyyətin fasiləsizlik prinsipi əsasında yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik hesab edir ki, Cəmiyyət yaxın gələcəkdə fəaliyyətini davam etdirəcək və Cəmiyyətin ləğvinə nə istək, nə də ehtiyac olacaq, eləcə də fəaliyyəti dayandırmaq və ya Azərbaycan Respublikasının qanunları və ya normativ aktları əsasında kreditorlardan qorunmaq üçün müdafiə axtarmaq üzrə nə niyyət, nə də zərurət mövcuddur. Buna görə, aktivlər və öhdəliklər adi fəaliyyət gedişində Cəmiyyətin aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olması fərziyyəsi ilə hesabatlarda əks etdirilmişdir. Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Cəmiyyətin fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələblərin, nəzərə alınmalı olan müəyyən məsələlərin və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Rəhbərliyin fasiləsizlik prinsipi üzrə ehtimalının qiymətləndirməsi, müəyyən bir müddətdə, hadisələrin və ya şərtlərin gələcək inkişafı ilə əlaqədar subyektiv qərarların qəbul edilməsini nəzərdə tutur.

 

  1. Əhəmiyyətli uçot siyasətlərinin qısa məzmunu

Valyutaların yenidən hesablanması

Cəmiyyətin maliyyə hesabatları Azərbaycan Respublikası manatı (AZN) ilə göstərilmişdir. Azərbaycan manatı “TUNA” QSC-nin fəaliyyət göstərdiyi iqtisadi mühitin əsas valyutası hesab edilir. Cəmiyyət daxilindəki hər bir müəssisə öz yerli valyutasını müəyyən edir və hər bir müəssisənin  hesabatında olan maddələr həmin valyuta ilə hesablanır. Xarici valyuta  ilə  aparılan əməliyyatlar,  aparılmış əməliyyatların tarixinə valyuta məzənnəsinə uyğun olaraq yerli valyutada əks etdirilir. Xarici valyutada ifadə edilən  monetar aktivlər və öhdəliklər balans tarixində spot məzənnəyə uyğun olaraq yerli valyutada yenidən hesablanır. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto – investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalamaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri  mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. Xarici valyutadakı məzənnə fərqlərindəki xərclərə aid olan kreditlər və vergi xərcləri ilkin əməliyyat tarixindəki məzənnəyə əsasən dəyişdirilir. Xarici valyutanın ədalətli dəyəri ilə hesablanan  qeyri-monetar maddələr ədalətli dəyərin qəbul olunduğu günə olan məzənnəyə əsasən dəyişdirilir. Monetar maddələr üzrə mübadilə fərqləri mənfəət və ya zərərdə tanınır.

Cəmiyyətin maliyyə hesabatlarının hazırlanmasında tətbiq etdiyi valyuta mübadiləsi məzənnələri aşağıdakı kimi olmuşdur:

 

 

2021-ci il

 

2020-ci il

1 ABŞ dolları/AZN

1.7000

 

1.7000

1 Avro/AZN

1.9265

 

2.0890

 

Gəlirlərin tanınması

Gəlir Cəmiyyətə gələcəkdə iqtisadi səmərənin daxil olması və onların etibarlı əsasda qiymətləndirilməsi ehtimalı olduqda tanınır. Gəlirin məbləği, alış-satış ilə bağlı hər hansı güzəşt məbləğləri və cəmiyyət tərəfindən edilmiş güzəştlər nəzərə alınmaqla, alınmış və ya alınacaq vəsaitlərin ədalətli dəyəri ilə ölçülür.  Satışdan gəlir aşağıdakı qaydada tanınır:  

Malların satışı

Malların satışından gələn  gəlir,  mülkiyyət hüququ ilə bağlı mühüm risklərin və mülkiyyətlə bağlı mükafatların müəssisə tərəfindən alıcıya ötürülən zaman,  adətən mallar alıcıya çatdırılanda tanınır.

Xidmətlərin göstərilməsi

Cəmiyyətin kağız, qablaşdırma və plastik istehsalı üzrə xidmət göstərir.

Faiz gəlirləri

Faiz gəlirləri effektiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənasüblüyü əsasında tanınır.

İcarə gəlirləri

Lizinq əməliyyatlarından icarə gəlirləri lizinqin müddətinə müvafiq olaraq düz xətli metod tətbiq edilməklə tanınır.

Vergilər

  1. Cari mənfəət vergisi

Mənfəət vergisi hazır ki maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan Vergi Məcəlləsinə uyğun olaraq hesablanmışdır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergi dərəcəsi və vergi qanunları, göstərilmiş və ya mühasibat balansı ilə sabit göstərilən məbləğləri hesablamaq üçün istifadə olunur.

  1. Təxirə salınmış mənfəət vergisi

Təxirə salınmış mənfəət vergisi öhdəliklər metodu istifadə edilməklə, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks  etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir.  

Təxirə salınmış vergi öhdəlikləri vergiyə cəlb olunan bütün zaman fərqləri əsasında tanınır. Yalnız:

  • Təxirə salınmış vergi öhdəlikləri qudvilin, aktivin və ya öhdəliyin biznes birləşməsi əməliyyatından başqa ilkin tanınma zamanı əmələ gəlir. Qeyd olunan əməliyyat nə uçot nə də vergiyə cəlb olunan mənfəətə heç bir təsir etmir; və
  • Aşağıdakı hər iki şərtə cavab verən hissəsi istisna olmaqla,cəmiyyət, törəmə və asılı müəssisələrinə, filiallara və birgə müəssisələrdə iştirak paylarına investisiyalar ilə əlaqədar bütün vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi öhdəliyini tanımalıdır:

1) əsas müəssisə, investor və ya sahibkar müvəqqəti fərqin bərpa olunmasının vaxt üzrə  paylanmasını idarə edə bilər; və

2)  müvəqqəti fərqin yaxın gələcəkdə bərpa olunmayacağı ehtimalı var.

Aktivin tanınması cəmiyyətə gələcək dövrlərdə daxil olacaq iqtisadi səmərələr şəklində həmin aktivin balans dəyərinin bərpa olunmasını nəzərdə tutur. Aktivin balans dəyəri onun vergi bazasından artıq olduğu zaman, vergi tutulan iqtisadi səmərələrin məbləği vergi məqsədləri üçün çıxılmasına yol verilən məbləğdən artıq olacaq. Bu fərq vergi tutulan müvəqqəti fərqdir, yaranan mənfəət vergisini gələcək dövrlərdə ödəmək öhdəliyi isə təxirə salınmış vergi öhdəliyidir. Aktivin balans dəyəri bərpa olunduqca, vergi tutulan müvəqqəti fərq bərpa olunacaq və cəmiyyət vergi tutulan mənfəət əldə edəcəkdir. Bu, iqtisadi səmərələrin cəmiyyətdən vergi ödənişləri şəklində xaric olacağı ehtimalını yaradır. Yalnız:

  • vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivi, aktiv və ya öhdəliyin biznes birləşməsi əməliyyatından başqa ilkin tanınma zamanı əmələ gəlir. Qeyd olunan əməliyyat nə uçot nə də vergiyə cəlb olunan mənfəətə heç bir təsir etmir; və
  • vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivinin istifadəsi, cəmiyyət, törəmə və asılı müəssisələrinə, filiallara və birgə müəssisələrdə iştirak paylarına investisiyalar yatırılan zaman, mövcud olan vergi tutulan müvəqqəti fərqlərin bərpa olunmasından yaranan mənfəətdən artıq olan gələcək vergi tutulan mənfəətdən asılı olduqda mümkündür.

Təxirə salınmış vergi aktivinin balans dəyəri hər balans hesabatı tarixində yoxlanılmalıdır. Cəmiyyət balans dəyərini, bu təxirə salınmış vergi aktivinin tam məbləği və ya onun bir hissəsindən səmərə əldə etməyə yol verən kifayət qədər vergi tutulan mənfəətin əldə olunacağı ehtimalının artıq olmadığı dərəcədə azaltmalıdır. Hər hansı belə azalma kifayət qədər vergi tutulan mənfəətin əldə olunacağı ehtimalının yarandığı dərəcədə bərpa olunmalıdır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, balans hesabatı tarixinə qədər qüvvədə olan və ya mahiyyət etibarilə qüvvədə olan vergi dərəcələri (və vergi qanunvericiliyi) əsasında aktivin realizasiya olunduğu və ya öhdəliyin yerinə yetirildiyi dövrə tətbiq ediləcəyi gözlənilən vergi dərəcələri ilə qiymətləndirilməlidir.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri  o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

  1. Satış vergisi

Gəlirlər, xərclər və aktivlər hesabatda satış vergisi çıxılmaqla göstərilir. Vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) satış vergisi xalis məbləğlə hesabat balansında göstərilir.

Maliyyə alətləri

Cəmiyyət maliyyə alətləri üzrə müqavilə tərəflərindən biri olduqda, maliyyə alətləri və maliyyə öhdəlikləri onun maliyyə vəziyyəti haqqında hesabatında tanınır. Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür. Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin alınması və ya çıxarılması ilə birbaşa əlaqəli olan əməliyyat xərcləri (mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülən maliyyə aktivləri və maliyyə aktivlərindən başqa), ilkin tanınma zamanı maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin ədalətli dəyərinə müvafiq olaraq əlavə edilir və ya çıxılır. Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə tanınan maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin alınmasına birbaşa aid olan əməliyyat xərcləri dərhal mənfəət və ya zərərdə tanınır.

Maliyyə aktivləri

Maliyyə aktivlərinin müntəzəm şəkildə satın alınması və ya satılması satış tarixi əsasında tanınır və ya xitam verilir. Bütün tanınmış maliyyə aktivləri sonradan, maliyyə aktivlərinin təsnifatına əsasən, amortizasiya edilmiş dəyərdə və ya ədalətli dəyərdə bütünlüklə ölçülür.

Maliyyə aktivlərinin təsnifatı

  1. Aşağıdakı şərtlərə cavab verən borc alətləri sonradan amortizasiya olunmuş dəyərlə ölçülür:
  • Maliyyə aktivinin müqavilə şərtlərinə uyğun olaraq pul vəsaitlərinin axınınını yığılması üçün maliyyə aktivlərinin saxlanılması məqsədilə maliyyə aktivi biznes modeli çərçivəsində saxlanılır; və
  • Maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə əsas pul vəsaitlərinin və ödənilməmiş əsas məbləğ üzrə faizlərin ödənilməsini nəzərdə tutan pul vəsaitlərinə yönəldir.
  1. Aşağıdakı şərtlərə cavab verən borc alətləri sonradan digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə ölçülür (DMGVƏD):
  • maliyyə aktivi müqavilə şərtlərinə uyğun olaraq pul vəsaitləri axınının yığılması və maliyyə aktivlərinin satışı məqsədi daşıdıqda, biznes modeli çərçivəsində saxlanılır; və
  • maliyyə aktivi üzrə müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə əsas pul vəsaitlərinin və ödənilməmiş əsas məbləğ üzrə faizlərin ödənilməsini nəzərdə tutan pul vəsaitlərinin yaranmasına səbəb olur.

Adətən bütün digər maliyyə aktivləri sonradan mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülür (MZVƏD).

Yuxarıda göstərilənlərə baxmayaraq, Cəmiyyət maliyyə aktivinin ilkin tanınmasında aşağıdakı qəti seçimi/təyinatı həyata keçirə bilər:

  • Müəyyən meyarlar qarşılanmadıqda Cəmiyyət kapital investisiyası üzrə müvafiq ədalətli dəyərdə dəyişikliyin digər məcmu gəlirdə təqdimatı üçün qəti tədbirlər həyata keçirə bilər; və
  • Cəmiyyət uçot sistemində uyğunsuzluğu əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə, amortizasiya edilmiş maya dəyərində və ya DMGVƏD ölçülmə meyarlarına cavab verən borc investisiyasını əks keçid etməmək şərtilə MZVƏD edə bilər.
  1. Amortizasiya olunmuş dəyər və effektiv faiz dərəcəsi metodu

Effektiv faiz dərəcəsi metodu borc alətinin amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəlirinin müvafiq dövr üzrə bölgüsü üsuludur. Satın alınan və ya yaranan kredit zərərinə məruz qalmış maliyyə aktivlərindən (yəni ilkin tanınma zamanı dəyərsizləşmiş aktivlər) başqa maliyyə aktivləri üzrə effektiv faiz dərəcəsi, ehtimal edilən kredit zərərləri istisna olmaqla borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış gələcək nağd pul daxilolmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən ödənilmiş, yaxud alınmış bütün haqlar, ödənişlər, əməliyyat xərcləri və ya mükafatlar) ilkin tanınma anında xalis qalıq məbləğinədək diskontlaşdıran dəqiq dərəcədir.

Alınmış və ya yaranmış kredit dəyərsizləşməsi üzrə maliyyə aktivləri üçün, kreditlə tənzimlənən effektiv faiz dərəcəsi, gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini, ehtimal olunan kredit zərərləri daxil olmaqla, ilkin tanınma zamanı borc alətinin amortizasiya olunmuş dəyərinə diskontlaşdırılmaqla hesablanır.

Maliyyə aktivinin amortizasiya olunmuş dəyəri, ilkin tanımada maliyyə aktivinin əsas ödəniş çıxılmaqla, hər hansı zərər üzrə düzəliş edilməklə həmin ilkin dəyər ilə ümumi dəyər arasındakı fərq üzrə effektiv faiz dərəcəsini istifadə etməklə məcmu amortizasiya əlavə olunmaqla, maliyyə aktivinin ölçüldüyü dəyərdir. Maliyyə aktivinin ümumi qalıq dəyəri hər hansı bir zərər öhdəliyinə düzəliş edilməzdən əvvəl maliyyə aktivinin amortizasiya olunmuş dəyəri hesab olunur.

Faiz gəliri daha sonra amortizasiya edilmiş dəyərdə və DMGVƏD ilə qiymətləndirilən borc alətlərinin effektiv faiz metodundan istifadə edilməklə tanınır. Alınmış və ya yaranmış kredit dəyərsizləşməsi üzrə yaranmış maliyyə aktivləri istisna olmaqla, maliyyə aktivləri üçün, faiz gəliri sonradan kredit itkisinə məruz qalmış maliyyə aktivləri istisna olmaqla, maliyyə aktivinin ümumi qalıq dəyərinə effektiv faiz dərəcəsini tətbiq etməklə hesablanır.

Cəmiyyətin maliyyə aktivlərinin əksəriyyəti, daha sonra amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə aktivləri kimi təsnif edilmişdir. Cəmiyyətin maliyyə öhdəlikləri daha sonra amortizasiya olunmuş dəyərlə ölçülmüş maliyyə öhdəlikləri kimi təsnif edilmişdir. Cəmiyyət, mənfəət və zərər vasitəsilə ədalətli dəyərlə ölçülmüş hər hansı maliyyə öhdəliyinin təsnifatını seçmir.

Maliyyə aktivlərinin dəyərsizləşməsi

Mərkəz ehtimal olunan kredit zərəri modelini amortizasiya edilmiş dəyərlə və ya digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə ölçülmüş maliyyə aktivlərinə tətbiq edir.

İlkin tanımadan sonra maliyyə aktivi üzrə kredit riski əhəmiyyətli dərəcədə artdıqda, bu maliyyə aktivi üçün ehtimal olunan kredit zərəri üzrə ehtiyat ömürlük ehtimal olunan kredit zərərinə bərabər dəyərdə ölçülür.

Əgər hesabat tarixində maliyyə aktivi üzrə kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmamışdırsa, bu maliyyə aktivi üçün ehtimal edilən kredit zərəri (sadələşdirilmiş yanaşmanın seçildiyi kreditor borcları istisna olmaqla) 12 aylıq ehtimal edilən kredit zərərlərinə bərabər dəyərdə ölçülür.

Kreditor borcları və alınacaq digər vəsaitlər üçün, əhəmiyyətli bir maliyyələşdirmə komponentinin olub-olmamasından asılı olmayaraq, ömür boyu ehtimal olunan kredit zərəri əsasında ölçülür. Mərkəz ehtimal olunan kredit zərərini qiymətləndirmək üçün daxili modeldən istifadə edir. Model 9 saylı MHBS-ə uyğun olaraq tərtib edilmiş və qarşı tərəflərin kredit risklərinin qiymətləndirilməsi üçün maliyyə sisteminin xüsusiyyətlərini nəzərə alaraq, qarşı tərəflərə hesab sistemini təyin etməklə hazırlanmışdır. Təyin edilmiş bal (reytinq) fərdi şəkildə hesablanmış Defolt Ehtimalıdır (DE). Aktivin bir bal qrupundan daha aşağı bal qrupuna keçməsi digər meyarlar arasında kredit riskinin əhəmiyyətli artımı hesab olunur.

Silinmələr

MDM-in maliyyə aktivini bərpa etmək üçün əsaslı gözləntiləri olmadıqda (ya bütövlükdə, ya da bir hissəsi) belə maliyyə aktivlər silinir. Bu, MDM tərəfindən qarşı tərəfin silinməyə məruz qalan məbləğləri ödəmək üçün kifayət qədər pul vəsaitlərinin hərəkəti yarada biləcək aktivləri və/və ya gəlir mənbələri olmadığını müəyyənləşdirdiyi haldır. Silinmə, tanınmanın dayandırılması hadisəsini təşkil edir.

Kreditlər və borclar

İlkin tanınmadan sonra, effektiv faiz dərəcəsi metodu tətbiq olunaraq faiz gəliri gətirən öhdəliklər amortizasiya edilmiş dəyərlə hesablanır.

 Mənfəət və ya zərər amortizasiya prosesi zamanı və ya öhdəliyin tanınması dayandırılan zaman mənfəət və zərər hesabatında tanınır.

Maliyyə zəmanətli müqavilələr

Cəmiyyət tərəfindən buraxılan maliyyə zəmanətli müqavilələr, debitor tərəfindən müqavilə şərtlərinə əməl etməyərək vaxtında ödəniş etməzsə səhm sahibinə dəyən ziyanın ödənişini nəzərdə tutan müqavilələrdir. Maliyyə zəmanətli müqavilələr ilkin olaraq ədalətli dəyərdə öhdəlik kimi və müqavilənin baglanmasına çəkilən xərclər daxil olmaqla qəbul edilir. Bundan sonra, öhdəlik balans hesabatı tarixində cari öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan xərclərin və ya tanınmış məbləğdən amortizasiyanın fərqi arasından ən böyüyü kimi qəbul edilir.

Müştərilərə verilmiş borc avanslar

Cəmiyyət müştərilərə verilmiş borc və avans məbləğlərini birinci növbədə eyni dərəcədə əhəmiyyətli olan maliyyə aktivləri üçün ayrı-ayrılıqda və eyni dərəcədə əhəmiyyətli olmayan maliyyə aktivləri üçün ayrı-ayrılıqda və ya kollektiv şəkildə dəyərdən düşmə ilə bağlı obyektiv  sübutun olub-olmamağını müəyyən edir. Əgər cəmiyyət müəyyən edirsə ki, fərdi olaraq qiymətləndirilmiş maliyyə aktivinin dəyərdən düşməsi haqqında heç bir obyektiv sübut yoxdur, əhəmiyyətli olub-olmamağından asılı olmayaraq o,  həmin aktivi eyni kredit (borc) riski xüsusiyyətləri ilə maliyyə aktivləri qrupuna daxil edir və onların ümumi şəkildə dəyərdən düşməsini təyin edir.  Dəyərdən düşmədən dəyən zərərləri tanınan və ya tanınmaqda davam edən dəyərdən düşmə üçün fərdi şəkildə müəyyən olunan aktivlər ümumi qiymətləndirmənin tərkibinə daxil edilmir.

Əgər qiyməti təyin edilməmiş kapital alətləri (ədalətli dəyəri düzgün qiymətləndirilə bilmədiyindən bu dəyərdə qiymətləndirilməyən) və ya törəmə aktivi (kapital aləti ilə əlaqəli və bu cür qiyməti müəyyən olunmamış kapital alətinin təqdim edilməsi ilə uçota salınan nizama salınmalıdır) ilə bağlı dəyərdən düşmədən dəyən zərərinin baş verməsi barədə obyektiv sübut varsa, oxşar bir maliyyə aktivi üçün cari bazar faizi gəlirliliyində diskontlaşdırılmış gözlənilən gələcək pul vəsaitinin hazırkı dəyəri arasındakı fərq kimi qiymətləndirilir. Əgər qiyməti təyin edilməmiş kapital alətləri (ədalətli dəyəri düzgün qiymətləndirilə bilmədiyindən bu dəyərdə qiymətləndirilməyən) və ya törəmə aktivi (kapital aləti ilə əlaqəli və bu cür qiyməti müəyyən olunmamış kapital alətinin təqdim edilməsi ilə uçota salınan nizama salınmalıdır) ilə bağlı dəyərdən düşmədən dəyən zərərinin baş verməsi barədə obyektiv sübut varsa, oxşar bir maliyyə aktivi üçün cari bazar faizi gəlirliliyində diskontlaşdırılmış gözlənilən gələcək pul vəsaitinin hazırkı dəyəri arasındakı fərq kimi qiymətləndirilir.  

Cəmiyyət balans dəyərini qiymətləndirilən gələcək nəğd pul axınlarının cari dəyərinin maliyyə alətinin ilkin effektiv faiz dərəcəsində hesablanması ilə yenidən kalkulyasiya edir.

Əgər ssuda, debitor borcu və ya müddəti bitənə qədər saxlanılan investisiya dəyişkən faiz dərəcəsinə malikdirsə, hər hansı korlanmadan zərəri hesablamaq üçün uçot dərəcəsi müqavilə əsasında təyin olunmuş cari effektiv faiz dərəcəsidir.

Maliyyə öhdəlikləri

Cəmiyyət öz balansından maliyyə öhdəliyini ya müqavilədə müəyyən olunmuş öhdəlik yerinə yetirilməmiş, ya ləğv olunmuş və ya da müddəti bitmiş olsa kənarlaşdıra bilər.

Başlıca olaraq müxtəlif şərtlərlə borc alətlərini mövcud borc alan və borc verən arasındakı mübadilə ilkin maliyyə öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Eynilə, mövcud maliyyə öhdəliyinin və ya onun bir hissəsinin şərtlərinin əsaslı dəyişdirilməsi ilkin maliyyə öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Dayandırılmış və ya digər bir tərəfə köçürülmüş maliyyə öhdəliyinin balans dəyəri ilə köçürülmüş hər hansı bir nağdsız aktivlər və ya götürülmüş öhdəliklər də daxil olmaqla ödənilmiş kompensasiya arasındakı fərq mənfəət və ya zərərdə tanınacaqdır.

Törəmə maliyyə alətləri və hedcinq zamanı uçot

İlkin tanınma və növbəti ölçülmə

Cəmiyyət forvard valyuta müqavilələri və faiz mübadilələri kimi maliyyə alətlərini müvafiq olaraq xarici bazar riski və faiz dərəcəsi risklərini sığortalamaq üçün istifadə edir. Bu kimi törəmə maliyyə alətləri ilkin olaraq törəmə müqavilə aparılan gündəki ədalətli dəyərdə tanınır və sonralar ədalətli dəyərdə yenidən ölçülür. Törəmələr, ədalətli dəyər pozitiv olarkən maliyyə aktivləri, neqativ olarkən isə maliyyə öhdəlikləri kimi qəbul edilir.

Hesabat dövrü ərzində hedcinq zamanı uçot və ya effektiv hedcinqə məxsus effektiv olmayan hissəsi tələblərinə cavab verməyən, törəmənin ədalətli dəyərində baş verən dəyişikliklər mənfəət və zərər hesabatına silinir.

Forvard valyuta müqavilələrinin ədalətli dəyəri, forvard mübadilə dərəcəsi ilə müqavilə dərəcəsi arasındakı fərqdir. Forvard mübadilə dərəcəsi oxşar ödənilmə tarixi bitən maliyyə alətləri müqavilələrinin cari mübadilə tarixinə olan dərəcələri ilə ölçülür. Faizli svop müqaviləsinin ədalətli dəyəri oxşar maliyyə aktivinin cari bazar qiymətinə əsaslanaraq hesablanır.

Hedc zamanı uçot məqsədləri üçün hedclər aşağıdakı növlərə ayrılır:

  • ədalətli dəyər hedcinqi: tanınmış aktivin və ya öhdəliyin və ya tanınmamış sərti öhdəliyinin ədalətli dəyərində dəyişikliklərə məruz qalmanın hedcinqi,
  • pul vəsaitləri hərəkətinin hedcinqi: pul vəsaitlərində dəyişkənliyə məruz qalmanın hedcinqi, o, tanınmış aktiv və ya öhdəliklə əlaqələndirilən ciddi bir riskə ya da yüksək ehtimalla proqnozlaşdırılan əməliyyata aiddir və
  • xarici əməliyyatda xalis investisiyanın hedcinqi.

Torpaq, tikili və avadanıqlar

Tikili və avadanlıqlar onların maya dəyəri, toplanmış amortizasiya məbləği və dəyərdən düşmə fərqi çıxılmaqla hesabatda öz əksini tapır. Maya dəyəri dedikdə tikili və avadanlıqların hissələrinin dəyişdirilməsinə çəkilən xərclər, uzunmüddəli tikinti müqavilələri zamanı çəkilən borclar üzrə məsrəflər (tanınma meyarlarına uyğun gələrsə) daxil olmaqla hesablanır. Eyniylə əsaslı təftişin aparılması zamanı yoxlamaya çəkilən məsrəflər, tanınma meyarlarına uyğun gəldikdə, tikili və avadanlıqların balans dəyərində əvəzləşdirmə kimi tanınır. Tikili və avadanlıqlara çəkilən bütün digər xərclər cari dövrün xərcləri kimi tanınaraq mənfəət və zərər hesabına silinir. Tikili və avadanlıqların istismardan çıxarılmasına çəkilən xərclərin cari diskontlaşdırılmış dəyəri üçün yaradılmış ehtiyat tanınma meyarlarına uyğun gələrsə müvafiq əsas vəsaitin dəyərinə aid edilir. Əsas vəsaitlərin istismardan çıxarılması ilə bağlı əlavə məlumat əldə etmək üçün ehtiyatlara istinad edilir.

Torpaq və  binalar, binaların amortizasiya məbləğinin və yenidənqiymətləndirmədən sonra baş vermiş dəyərdən düşmə məbləğinin ədalətli dəyərdən çıxılması ilə hesablanır. Yenidənqiymətləndirmə, yenidən qiymətləndirilmiş aktivin ədalətli dəyərinin balans dəyərindən fərqlənmədiyindən əmin olmaq üçün tez-tez aparılır.

Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalarsa, bu zaman həmin azalma mənfəət və zərər haqqında hesabatda tanınmalıdır. Lakin, əgər əvvəlki tarixlərdə aparılan yenidənqiymətləndirmə nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı altında kapitalın kreditinə yazılmışsa, hər hansı növbəti hesabat tarixində yaranan azalma yenidənqiymətləndirmə hesabının kredit qalığı müqabilində həmin hesabın debitinə yazılmalıdır.

Bölüşdürülməmiş mənfəətə köçürülmüş artımın məbləği aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiyası ilə aktivin ilkin dəyəri əsasında tanınan amortizasiyası arasındakı fərqi təşkil edir. Yenidənqiymətləndirmə tarixinə hər hansı yığılmış amortizasiya məbləği aktivin ümumi balans dəyərinə qarşı silinir, xalis məbləğ isə yenidən qiymətləndirilən məbləğə bərabər olması üçün yenidən təqdim edilir. Satış zamanı, satılan aktivin yenidənqiymətləndirmə ehtiyatındakı payı bölüşdürülməmiş mənfəətə köçürülür.

Aktivlərin amortizasiyası azalan qalıq dəyəri metodu istifadə olunmaqla istismar müddəti boyunca aşağıdakı qaydada hesablanır:     

  • bina, tikili və qurğular                            7%;      
  • maşın və avadanlıqlar                                         20%;      
  • nəqliyyat vasitələri                            25%;      
  • yüksək texnologiya                                             25%;    
  • digər əsas vəsaitlər                                              20%.   

Torpaq, tikili və avadanlıqlar obyektinin balans dəyərinin tanınması, aktivin silinməsi (satışı) nəticəsində və ya aktivin istifadəsindən və ya onun silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı hallarda dayandırılır. Torpaq, tikili və avadanlıq obyektinin tanınmasının dayandırılması üzrə yaranan gəlir və ya zərər (bu obyektin balans dəyəri ilə xaricolma üzrə xalis daxilolma məbləği arasındakı fərq kimi müəyyənləşdirilir) aktivin tanınmasının dayandırıldığı ildə mənfəət və zərər hesabatında göstərilir.

Aktivlərin son qalıq dəyərləri, faydalı istifadə müddəti və amortizasiya metodları hər hesabat tarixinin sonunda yenidən baxılır və uyğun gələrsə perspektiv şəkildə düzəlişlər edilir.

Lizinq

İcarə razılaşmalarının müəyyən edilməsi ya lizinqin başlanğıc tarixində olan razılaşmaya əsaslanır yaxud aktivlə bağlı razılaşmaya dair istifadə hüququna əsaslanır.

Borclar üzrə məsrəflər

Şərtlərə cavab verən aktivin əldə olunması, tikilməsi və ya istehsalı ilə birbaşa əlaqəli olan borclar üzrə məsrəflər, həmin aktivin dəyərinin bir hissəsi kimi kapitallaşdırılmalıdır. Bütün digər hallarda borclar üzrə məsrəflər baş verdiyi tarixdə mənfəət və zərərə silinir. Borclar üzrə xərclərə faiz dərəcəsi və borcun əldə edilməsinə çəkilən digər xərclər daxildir.

Nizamnamə kapitalı

Nizamnamə payı kapital kimi təsnifləşdirilir. Cəmiyyətin nizamnamə kapitalı 8.000 (səkkiz min) manatdır.

Pul vəsaitləri və qısamüddətli depozitlər

Pul vəsaitləri  və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüsəklikvidli investisiyalar əks etdirilir.

Pul vəsaiti hərəkətinin məqsədləri üçün, pul vəsaitləri və onun ekvivalentləri yuxarıda göstərildiyi kimi pul vəsaitləri və qısamüddətli depozitlərdən (bank overdraftları istisna olmaqla) ibarətdir.   

ƏDV depozit hesabı

Əlavə Dəyər Vergisi (“ƏDV”) depozit hesabı sistemi Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən ƏDV ilə bağlı neqativ halların qarşısını almaq məqsədilə tətbiq olunan sistemdir. 1 yanvar 2008-ci il tarixindən Vergilər Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, ƏDV ödənişinin məbləği təqdim olunmuş ƏDV hesab-fakturalarına uyğun olaraq vergi ödəyicisinin ƏDV depozit hesabında aparılan əməliyyatlar çərçivəsində bu hesaba ödənilmiş olan vergi məbləğidir.

Bu modulun köməkliyi ilə, vergi ödəyicisi ƏDV hesab fakturasında qeyd olunmuş ƏDV məbləğini digər vergi ödəyicisinin ƏDV depozit hesabına ödəyir. Eyni zamanda Dövlət büdcəsi qarşısında bütün növ vergi öhdəlikləri və gömrük komitəsinə ödənilməli olan idxal əməliyyatları ilə bağlı ƏDV məbləğləri vergi ödəyicisi tərəfindən ƏDV depozit hesabı vasitəsilə ödənilə bilər.

Ödənilmiş məbləğlər barəsində məlumat Vergilər Nazirliyi tərəfindən Baş Dövlət Xəzinədarlığına və daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankına (“ARMB”) ötürülür. Mərkəzi Bank Baş Dövlət Xəzinədarlığı (“BDX”) tərəfindən təqdim olunmuş məlumat əsasında məbləğlərin müvafiq yerli xəzinədarlıq orqanlarına köçürülməsini təmin edir. Vergilər Nazirliyi təqdim olunmuş məlumatda qeyd edilən məbləğlərin vergi ödəyicisinin şəxsi faylına daxil edilməsini təmin edir. Cari sistem Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi Məlumatı Sisteminə qoşulmuşdur. Eyni zamanda BDX-də və ARMB-də elektron məlumat mübadiləsi təşkil olunmuşdur.

ƏDV depozit hesabının tətbiqi ödənişlərə və qaytarılan ƏDV məbləğlərinə vaxtlı-vaxtında nəzarət etmək imkanı verir. Vergi borcları olan vergi ödəyiciləri bu məbləğləri yalnız Dövlət Büdcəsinə köçürə bilər. Vergi ödəyiciləri banklara getmədən dövlət büdcəsinə, digər vergi ödəyicilərinin alt-hesablarına və gömrük komitəsinə depozit hesabı vasitəsilə ödəniş edə bilərlər. Vergilər Nazirliyi xüsusi proqram təminatından istifadə etməklə depozit hesabıyla aparılan bütün əməliyyatlara avtomatik şəkildə nəzarət edir.

ƏDV depozit hesabındakı vəsaitlərdən istifadə məhdudlaşdırılmışdır və yalnız ƏDV və digər müvafiq vergilərlə bağlı əməliyyatlar üçün istifadə edilə bilər.

Ehtiyatlar

Ehtiyatlar  iki göstəricidən  ən aşağı malik olan qiymət üzrə əks etdirilirlər:

  •     Maya dəyəri
  •     Xalis satış dəyəri    

Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə  (FİFO metodu)  hesablanır. Hazır məhsulun və  bitməmiş istehsalın maya dəyərinə xammal   və material xərcləri, istehsal  işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər,  həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Xalis satış dəyəri – adi təsərrüfat fəaliyəti zamanı qiymətləndirilmiş  mümkün satış qiyməti ilə satış üzrə fərqlər arasındakı fərq məbləğidir. Ehtiyatların dəyərinə, bu xammal  və  material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan  və  müvafiq pul axının  hedcinqləşdirilməsi alətləri  üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

Alıcı və sifarişçilərdən debitor borclar

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarınnın (rezervlərinin) yaradılması metodu ilə  amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə  ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və  ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz  dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərqdir. Ehtiyatların (rezervin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Dividendlərin verilməsi

    Cəmiyyətin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə cəmiyyətin təsisçiləri tərəfindən  təsdiq  edilmişdir (qərar qəbul edilmişdir).  

Maliyyə risk faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin  ədalətli dəyərə təsir riski  və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsir riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin  qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən  risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

  1. Valyuta riski

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə sahibdir  və ona  görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dollar, Avro və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək  kommersiya  sövdələşmələri, tanınmış  aktivlər  və öhdəliklər,  həmçinin xarici şirkətlərə  netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

  1. Qiymət riski

Cəmiyyət  mallar üzrə qiymət riskinə mübtəla deyildir. Qiymətlər xidmət bazarında tələbatdan, göstərilən xidmətlərin keyfiyyətindən və  bu xidmətləri təklif edən digər şirkətlərlə rəqabətdən formalaşır və tənzimlənir.

  1. Kredit riski

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Cəmiyyətdə etibarlı kredit tarixinə məxsus olan alıcıların ödəmə qabiliyyətli olmasına inamı təmin edən prosedurlar işlənmişdir. Törəmə alətlərlə sövdələşmələr  və pul əməliyyatları yalnız  yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar   işlənmişdir.

  1. Likvidlik riski

Likvidlik riskinin ehtiyatkarlıqla idarə edilməsi pul vəsaitləri  və  dövriyyədə olan qiymətli  kağızların kifayət qədər həcminin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını  və  ortaya  çıxa biləcək  disbalans hallarında  operativ idarəetmə imkanlarını nəzərdə tutur.

  1. Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri  axınına  təsiri riski

Cəmiyyət faiz gəliri gətirən  əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət  və  pul  vəsaitlərinin  əməliyyat axınları , əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.

Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyəri yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq ələti kimi təsnifləşdirilməsindən asılıdır.

Ədalətli dəyərin hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının  hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə  alətlərin  ədalətli  dəyərinin dəyişməsi  mənfəət  və  zərərlər  haqqında hesabatda  hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə  aktivləri  və öhdəliklərinin ədalətli dəyərinin  dəyişməsi  ilə birlikdə əks etdirilir.

Pul vəsaitləri  axınının hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının  hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən  törəmə alətlərin ədalətli  dəyərinin  dəyişməsinin effektiv  hissəsi kapitalın  tərkibində tanınır ( bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət  və zərərlər haqqında hesabatda  əks etdirilir).

Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi  birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

  1. Əhəmiyyətli mühasibat  təxminləri və fərziyyələri

Maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması rəhbərlikdən mühasibatlıq siyasətlərinin tətbiq edilməsini və aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir göstərən mülahizə, ehtimal və fərziyyələrdən istifadə olunmasını tələb edir. Faktiki nəticələr bu ehtimallardan fərqlənə bilər.

Ehtimallar və əsas mülahizələr mütəmadi qaydada nəzərdən keçirilir. Mühasibatlıq ehtimallarında dəyişikliklər həmin dəyişikliklərin edildiyi dövrdə və onların təsir etdiyi gələcək dövrlərdə tanınır.

Uçot siyasətlərinin tətbiq edilməsində maliyyə hesabatlarında əks olunmuş  məbləğlərə ən əhəmiyyətli dərəcədə təsiri olan vacib mülahizələr haqqında məlumat aşağıdakı qeydlərdə əks olunur:

Debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini  və  müddətini təxmin  edərkən istifadə edilən metodologiya  və  mülahizələr, təxmini  və  həqiqi  zərərlər  arasındakı  hər hansı  fərqi azaltmaq məqsədilə  müntəzəm  olaraq  nəzərdən keçirilir.  

Əsas vəsaitlərin yenidənqiymətləndirilməsi

Hər bir balans tarixində “TUNA” QSC – nin əsas vəsaitlərinin ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik əsas vəsaitlərin yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək  məqsədilə  müstəqil qiymətləndirmə  hesabatının tələb olunduğunu müəyyən etmək üçün  peşəkar mülahizələr irəli sürür. Cəmiyyət rəhbərliyinin fikrincə əsas vəsaitlər ədalətli dəyərinin əhəmiyyətli dərəcədə dəyişmədiyinə görə, 31 dekabr 2021-ci il tarixinə yenidən qiymətləndirilməmişdir.

Vergi qanunvericiliyi

Azərbaycan  Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır.

  1. Seqment haqqında məlumat

Başlanğıc tarixi seqmenti – iqtisadi  seqment 

Cəmiyyətin fəaliyyət sahələri:

  1. Kağız istehsalı
  2. Qablaşdırma
  3.  Plastik istehsalı

Coğrafi məlumat

Cəmiyyət əsasən Azərbaycan Respublikasının ərazisində fəalliyyət göstərir.

  1. Gəlirlər   Azərbaycan manatı ilə
  1. Gəlir mənbəyi

Cəmiyyət kağız, qablaşdırma və plastik istehsalından gəlir əldə edir.

 

 

2021-ci il

 

2020-ci il

Əsas əməliyyat gəlirləri

3,541,586

 

3,224,042

Digər gəlirlər

34,671

 

-   

Maddi yardım

-   

 

94,562

 

 

3,576,257

 

3,318,604

 

  1. Müqavilə qalıqları

 

 

2021-ci il

 

2020-ci il

Ticari debitor borcları

590,296

 

432,109

Müqavilə öhdəlikləri

(35,960)

 

(6,121)

 

 

 

 

 

  1. Xərclər     Azərbaycan manatı ilə

 

  1. Satışın maya dəyəri

 

2021-ci il

 

2020-ci il

Material ehtiyatları

2,351,701

 

2,190,268

İşçi heyəti üzrə xərclər

384,869

 

348,822

Köhnəlmə

221,580

 

149,821

 

    2,958,150

 

2,688,911

 

  1. İnzibati və sair əməliyyat xərcləri   

 

 

2021-ci il

 

2020-ci il

İşçi heyəti üzrə xərclər

225,890

 

220,570

Kommunal xərclər

78,718

 

80,149

Bank xərcləri

46,480

 

18,545

Peşəkar xidmət haqları

43,096

 

53,971

Köhnəlmə

15,079

 

1,746

Təmir və qulluq xərcləri

9,905

 

36,661

Yanacaq xərcləri

7,395

 

6,005

Ezamiyyə xərcləri

6,938

 

-   

Sığorta xərcləri

2,846

 

-   

Rabitə xərcləri

2,323

 

2,761

Daşınma xərcləri

-   

 

33,631

Digər xərclər

99,781

 

37,103

 

538,451

 

                      491,142

 

  1. Mənfəət vergisi           Azərbaycan manatı ilə

 

  1. Mənfəət və ya zərərdə tanınmış məbləğlər

Cəmiyyətə tətbiq olunan mənfəət vergisi dərəcəsi 20% təşkil edir.

 

 

 

 

2021-ci il

 

2020-ci il

Cari vergi xərci

 

 

 

 

Cari il

 

20,367

 

6,624

 

 

20,367

 

6,624

 

Effektiv faiz dərəcəsinin üzləşdirilməsi

 

 

 

                2021-ci il

                   2020-ci il

 

AZN

               %

AZN

                 %

Mənfəət vergisindən əvvəlki mənfəət

78,262

 

120,333

 

Cari vergi dərəcəsi ilə vergi

15,652

20

24,067

20

Daimi fərqlər üzrə vergi təsiri

4,715

6

2,431

2

Mənfəət üzrə azadolmalar və güzəştlər

-   

  -   

(19,874)

(17)

 

20,367

26

6,624

5                                 

 

Torpaq, tikili və avadanlıqlar      Azərbaycan manatı ilə

 

 

Qeyd

Maşın və avadanlıqlar

Nəqliyyat vasitələri

Yüksək texnologiyalar

Digər əsas vəsaitlər

Cəmi

İlkin dəyər

 

 

 

 

 

 

1 Yanvar 2020-ci il tarixində qalıq

 

699,965

-

19,071

-

719,036

Əlavələr

 

415,824

 -

2,383

330

    418,537

31 Dekabr 2020-ci il tarixində qalıq

 

1,115,789

          -   

21,454

330

    1,137,573

 

 

 

 

 

 

 

1 Yanvar 2021-ci il tarixində qalıq

 

1,115,789

-   

21,454

330

1,137,573

Əlavələr

 

504,876

59,322

7

-   

564,205

31 Dekabr 2021-ci il tarixində qalıq

 

1,620,665

59,322

21,461

330

1,701,778

 

 

 

 

 

 

 

Köhnəlmə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 Yanvar 2020-ci il tarixində qalıq

 

(367,550)

-

(19,070)

-

    (386,620)

İl üzrə köhnəlmə

7

(149,821)

-

(1,416)

(330)

(151,567)

31 Dekabr 2020-ci il tarixində qalıq

 

(517,371)

-

(20,486)

(330)

(538,187)

 

 

 

 

 

 

 

1 Yanvar 2021-ci il tarixində qalıq

 

(517,371)

-

(20,486)

(330)

(538,187)

İl üzrə köhnəlmə

7

(221,580)

                   (14,831)

(248)

-

(236,659)   

31 Dekabr 2021-ci il tarixində qalıq

 

(738,951)

               (14,831)

(20,734)

(330)

(774,846)

 

 

 

 

 

 

 

Balans dəyərləri

 

 

 

 

 

 

31 Dekabr 2020-ci il tarixində

 

598,418

                     -

968

-

    599,386

31 Dekabr 2021-ci il tarixində

 

881,714

44,491                     

727  

-

926,932

 

  1. Ehtiyatlar      Azərbaycan manatı ilə

 

 

 

 

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Material ehtiyatları

 

228,598

 

373,767

 

 

228,598

 

373,767

 

  1. Ticari və sair debitor borcları və avans ödənişləri                           Azərbaycan manatı ilə

 

 

 

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Ticari debitor borcları

                     590,296

 

432,109

 

                   590,296

 

432,109

 

 

 

 

 

 

 

 

 

Avans ödənişləri

 

 

 

 

 

 

 

 

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Mal və xidmətlərin təchizatı üçün ödənilmiş avans

263,015

 

436,656

 

263,015

 

436,656

 

  1. Pul vəsaitləri və onların ekvivalentləri                                                  Azərbaycan manatı ilə

 

 

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Bank hesablarında olan pul vəsaitləri

449,861

 

420,633

Kassada olan pul vəsaitləri

524,626

 

381,256

ƏDV depozit hesabında olan pul vəsaitləri

114,454

 

129,995

 

1,088,941

 

931,884

 

 

 

 

Bank hesablarinda olan pul vəsaitlərindən:

 

 

 

  • Milli valyutada bank hesabları

449,279

 

385,057

  • Xarici valyutalarda bank hesabları

582

  •  

35,576

 

449,861

  •  

420,633

 

  1. Digər aktivlər      Azərbaycan manatı ilə   

 

 

 

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Əvəzləşdiriləcək ƏDV

 

60,352

 

50,903

 

 

60,352

 

50,903

  1. Kapital və ehtiyatları                                                                    
  1. Nizamnamə kapitalı

Cəmiyyətin qeydə alınmış nizamnamə kapitalı 31 dekabr 2021-ci il tarixinə 8,000 AZN-ə bərabər olmuşdur (2020: 8,000 AZN).

  1. Kapitalın idarə edilməsi

Cəmiyyətin kapitalın idarə olunmasına dair rəsmi siyasəti olmadığından rəhbərlik Cəmiyyətin əməliyyat və strateji tələbatlarını ödəmək üçün və bazar iştirakçılarının əminliyini saxlamaq üçün kifayət qədər kapital bazasını qoruyub saxlamağa çalışır. Buna pul vəsaitlərinin səmərəli idarə edilməsi, Cəmiyyətin gəlirləri və mənfəətinin davamlı monitorinqi və Cəmiyyətin əməliyyat üzrə pul axınları ilə maliyyələşdirilən uzunmüddətli investisiya planları ilə nail olunur. Bu tədbirlər sayəsində Cəmiyyətin mənfəətin davamlı artımına nail olmağa çalışır.

  1. Uzunmüddətli borclar      Azərbaycan manatı ilə                                                       

 

 

 

 

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Təsisçi ilə hesablaşmalar

 

115,095

 

374,687

 

 

115,095

 

374,687

 

 

  1. Ticari və sair kreditor borcları        Azərbaycan manatı ilə                                                       

 

 

 

 

31 dekabr 2021-ci il

 

31 dekabr 2020-ci il

Vergi və sosial ayırmalar üzrə öhdəliklər

 

1,396,392

 

1,009,123

Malsatan və podratçılara kreditor borcları

 

628,360

 

663,176

Əmək haqqları

 

4,862

 

3,669

 

 

2,029,614

 

1,675,968

  1. Maliyyə risklərinin idarə edilməsinin məqsədi                                                       

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar  riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və  faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi  risklər ilə əlaqədar həyata keçirir. Maliyyə  risklərinin idarə edilməsi funksiyasının  əsas məqsədi risk limitlərinin müəyyən edilməsi  və  bu limitlərə  riayət  edilməsidir. Əməliyyat  və hüquqi risklərin  idarə  edilməsində  məqsəd, bu risklərin azaldılması  üçün  nəzərdə tutulan  daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin  etməkdən  ibarətdir.

Bazar riski

Cəmiyyət bazardakı  ümumi və spesifik  dəyişikliklərə  məruz qalan faiz, valyuta və pay alətləri üzrə  açıq  mövqelər  ilə əlaqədar bazar risklərinə  məruz qalır. Bazarda daha əhəmiyyətli  dəyişikliklərin baş verdiyi  halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının  qarşısı alınır.  Qəbul edilmiş  normalar  ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərilə dəyişə bilər.

Hər hansı bir təhlillər pensiya və digər post-pensiya öhdəlikləri, müddəaları balans dəyəri və qeyri-maliyyə aktivlərinin və xarici əməliyyatların öhdəlikləri üzrə bazar parametrlərində hərəkətlərin təsirini istisna edir.

Aşağıdakı fikirlər həssaslıq analizlərini hesablayarkən  edilmişdir:

  • Mühasibat balansı həssaslığı  yalnız törəmələrə və satış  üçün mümkün olan borc alətlərilə əlaqəlidir.
  • Gəlir bəyanatının həssaslığı  il ərzində faiz gəlirlərində qəbul edilən  faiz dərəcələrinin dəyişməsinin, 31 dekabr 2021-ci ilə qalmış qeyri-ticarət maliyyə aktiv və öhdəliklərinin və hedcinq  alətlərinin effektidir.
  • 31 dekabr 2021-ci il tarixinə kapitalın həssaslığı, satış üçün mümkün olan maliyyə aktivlərinin yenidən hesablanması, hər hansı hedcinq birləşməsi və mübadilələrin nəğd pul hərəkətinin hedcinqi kimi müəyyən edilməsi və faiz dərəcələrində qəbul edilən dəyişikliklər əsasında hesablanır. Kapitalın həssaslığı, vaxtı catmış aktiv və mübadilə əsasında analiz edilir.

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə alətinin gələcək nəğd pul axınlarının ədalətli dəyərinin bazar faizlərində dəyişikliklər səbəbdən tərəddüd edəcəyi riskdir. Cəmiyyətin bazar faiz dərəcələrinin dəyişilmə riskinə məruz qalması onun qısamüddətli maliyyə aktivi ilə əlaqəlidir. Cəmiyyət faiz dərəcəsi riskini, balans olunmuş sabit və dəyişkən dərəcəli kredit portfeli və borclarına malik olmaqla idarə edir. Cəmiyyətin siyasəti borclarını 80-90 % arasında sabit faiz dərəcəsi ilə saxlamaq və  borcları dayandırılmış əməliyyatlardan çıxarmaqdır. 31 dekabr 2021-ci il tarixinə Cəmiyyətin əhəmiyyətli dərəcədə dəyişən faiz dərəcəsi riskinə məruz qalan faiz öhdəlikləri olmamışdır.

Xarici valyuta riski

Cəmiyyət Azərbaycan Manatı (AZN) olan öz əməliyyat valyutasından başqa digər valyutalarla ifadə olunan alış prosesində valyuta riskinə məruz qalır. Bu əməliyyatların aparıldığı valyuta əsasən  ABŞ dollarıdır.

Xarici valyutalarda ifadə olunmuş sair pul aktivləri və öhdəlikləri ilə münasibətdə Şirkətin siyasəti qısamüddətli tarazsızlığı aradan qaldırmaq zəruri olduqda, xarici valyutaları almaq və ya satmaqla riskə xalis məruz qalmanı münasib səviyyədə saxlamaqdan ibarətdir.

Kredit riski

Kredit riski müştəri və ya maliyyə aləti üzrə kontragent müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Şirkətin maliyyə zərərinə məruz qalması riskidir və əsasən Şirkətin müştərilərdən alınacaq debitor borclarından, əlaqəli tərəflərə verilmiş qısamüddətli kreditlərdən və pul və pul vəsaitlərindən yaranır.

Maliyyə aktivlərinin balans dəyəri maksimum kredit riskinə məruz qalmanı əks etdirir.

Pul vəsaitləri və onların ekvivalentləri

31 dekabr 2021-ci il tarixində Cəmiyyət 1,088,941 AZN məbləğində pul vəsaitləri və onların ekvivalentlərinə sahib olmuşdur (31 dekabr 2020: 931,884 AZN) və bu məbləğ həmin aktivlər üzrə kredit riskinə məruz qalan maksimal məbləğdir.

  1. Şərti öhdəliklər
  1. Sığorta

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində qəbul edilmiş sığortalamanın bir çox formaları Azərbaycanda hələ mövcud deyil. Cəmiyyətin öz tikililəri, qurğu və avadanlıqları, biznes fəaliyyətinin kəsilməsi və ya Cəmiyyətə məxsus əmlakda və ya onun əməliyyatları ilə bağlı baş vermiş hadisələr nəticəsində əmlaka və ya ətraf mühitə zərərin vurulması ilə əlaqədar üçüncü tərəf məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Cəmiyyət adekvat sığorta təminatını əldə edənə qədər, müəyyən aktivlərin itirilməsi və ya məhv olmasının Cəmiyyətin fəaliyyətinə və maliyyə vəziyyətinə ciddi mənfi zərbə vuracağı riski mövcuddur.

  1. Məhkəmə iddiası

Cəmiyyət maliyyə hesabatlarına əhəmiyyətli təsir edə bilən heç bir məhkəmə iddiasında iştirak etməmişdir.

  1. Vergi təəhhüdləri

Azərbaycanda vergi təəhhüdləri

Azərbaycanın vergiqoyma sistemi nisbətən yeni olduğuna görə bir çox hallarda aydın olmayan, ziddiyyətli və müxtəlif vergi orqanları tərəfindən fərqli qaydada təfsir edilən qanunvericilikdə tez-tez dəyişikliklər, rəsmi göstərişlər və məhkəmə qərarları ilə səciyyələnir. Vergilər ciddi cərimə və faizlər təyin etmək səlahiyyətinə malik orqanların müxtəlif səviyyələrində yoxlanılır və tədqiq olunur. Vergi ili adətən vergi orqanları tərəfindən üç təqvim ili ərzində yoxlanıla bilər; lakin, müəyyən hallarda, vergi ili daha uzun müddət ərzində yoxlama üçün açıq qala bilər. Bu şəraitlər digər ölkələrlə müqayisədə Azərbaycanda daha ciddi vergi risklərinin yaranmasına səbəb ola bilər. Rəhbərlik hesab edir ki, qüvvədə olan vergi qanunvericiliyinin, rəsmi göstərişlərin və məhkəmə qərarlarının təfsirlərinə əsasən vergi öhdəlikləri ilə əlaqədar adekvat tədbirlər görmüşdür. Buna baxmayaraq, müvafiq səlahiyyətli orqanların təfsirləri fərqli ola bilər və bu orqanlar öz təfsirlərinin tətbiqinə nail olduqda, onların hazırkı maliyyə hesabatlarına təsiri əhəmiyyətli ola bilər.

  1. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisələr baş verməmişdir.     

Rizvanov Rövşən

 

Esmira Abdurahmanova

Direktor

   

Baş mühasib