Baş nazir AQTA-nın yığdığı cərimələrlə bağlı qərar verdi

 18:00 25.01.2023     392

“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə Qaydası” təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı qaydanı Baş nazir Əli Əsədov imzalayıb.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.