Manatın dövretmə sürəti artıb

 17:22 11.02.2023     448

Yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,53 bənd təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında bildirilib.

Bu göstərici ötən il dekabrın 1-i ilə müqayisədə 0,09 bənd az, 2022-ci ilin yanvarın 1-nə nisbətən 0,64 bənd çoxdur.

Manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, devalvasiya ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.