Azərbaycana gətirilən xörək duzunda nöqsanlar aşkarlandı
Xaricdən Azərbaycana gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb.
Bu barədə Redaktor.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, “İnovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22.29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) Agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.