"Kapital Bank" səhmdarlarına dividend ödəyəcək
Martın 31-də "Kapital Bank"ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bu barədə Redaktor.az banka istinadən xəbər verir. Məlumata görə, yığıncaqda 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, Bankın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi müzakirə ediləcək.
Qeyd edək ki, yığıncaq Bankın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) baş tutacaq.