Hansı debet kartlardakı puldan vergi tutulur?

 20:39 03.03.2023     344

Depozit olmayan və sadəcə istifadə etmək üçün kartda olan cari hesabdan niyə 10% vergi tutulur? 

Redaktor.az xəbər verir ki, bu suala iqtisadi ekspert Eldəniz Əmirov özünün sosial media hesabında cavab verib.

O qeyd edib ki, cari hesabdakı vəsaitə depozit xüsusiyyəti verildiyi zaman onun gəliri vergiyə cəlb edilir.

"Məsələn, vətəndaş X bankın debet kartlarını alıb və kartdakı cari hesaba 1000 manat pul qoyub. Bu pul sadəcə cari istifadə üçündür, ya faiz gəlmir, ya da hansısa vergi tutulmur. Amma bir gün vətəndaş eşidir ki, Y bank oxşar bir kart təklif edir və X bankla olan rəqabətdə müştərini qazanmaq üçün elan edir ki, mənim kartıma qoyulan və cari istifadə üçün nəzərdə tutulan vəsaitə illik 5% əlavə verəcəm. Vətəndaş da gedir Y bankın yeni kartını alır. Bir müddət sonra Y bankın kartı olan vətəndaşa SMS gəlir ki, sizdən vergi tutuldu. Bu zaman vətəndaş heç bir vergi tulmayan X bank kartından məmnun, vergi tutulan Y bank kartından narazı qalır. 

Tunar Altunbay