Bu müəssisələr investisiya müsabiqəsinə çıxarılacaq - SİYAHI

 18:10 10.03.2023     461

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların cəlb edilməsi ilə bağlı işlərini davam etdirir.

Redaktor.az xəbər verir ki, dövlət Xidməti portfelində olan bəzi istehsal müəssisələri haqqında məlumatları sahibkarların diqqətinə çatdırmaqla, özəlləşdirilməsinə maraq göstəriləcək müəssisələrin fəaliyyətinin canlandırılması və inkişaf etdirilməsinə dair investisiya təkliflərinin müzakirəsinə açıq olduğunu bildirib. 

Siyahıda göstərilən əksər müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulduğundan, müsabiqə şərtlərinin hazırlanması zamanı maraqlı şəxslərin təklifləri müzakirə ediləcək. 

Ölkə iqtisadiyyatına daha iri həcmdə investisiyaların cəlb edilməsi, mənəvi və fiziki cəhətdən aşınmış müəssisələrin texnoloji modernləşdirilməsi, onların potensialının səfərbər edilərək rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması, eləcə də yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqələrə çıxarılan müəssisələr real bazar dəyərindən aşağı qiymətə təklif olunmaqla, potensial investorlara dəstək tədbirlərinin tətbiqi imkanları da nəzərdən keçirilə bilər.

Təkliflərin hazırlanması üçün müəssisələrlə və onların maliyyə-iqtisadi göstəriciləri ilə tanış olmaq, habelə yarana biləcək hər hansı sualların cavablandırılması məqsədilə maraq göstərən investorlar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Xətai rayonu, AZ1025, Y.Səfərov küçəsi, 50. Tel.: +99412 4902408 (əlavə - 208 və 191); faks: 99412 903359; e-mail: [email protected].).

Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının siyahısı:

Müəssisənin adı

Ünvanı

Fəaliyyət profili

Satış üsulu

Nizamnamə kapitalı (manat)

Satılan hissə

(%)

Torpaq sahəsi

(ha)

Tikilialtı sahə

(kv. m)

1.

“Bakı Elektroavtomat” ASC

Bakı ş., Xəzər rayonu, Binə qəsəbəsi

Paylayıcı elektrik lövhələri və daxili elektrik şəbəkəsi məhsullarının istehsalı

İnvestisiya müsabiqəsi

1.255.487,0

99,34

9,32

37.576,8

2.

“Bakı Teleqrafı” ASC

Bakı ş., Səbail r-nu, Ü.Hacıbəyov küç, 36

Teleqraf xidməti

İnvestisiya müsabiqəsi

821.654,0

97,38

yoxdur

239,0

3.

“Cəlilabad Şərab” ASC

Cəlilabad rayonu, Şəhriyar kəndi

Üzüm emalı və şərab istehsalı

İnvestisiya müsabiqəsi

368.620,0

99,97

1,22

952,2

4.

“Gəncə-Qənnadı” ASC

Gəncə şəhəri, Şəmkir şosesi,1

Qənnadı məmulatlarının istehsalı

İnvestisiya müsabiqəsi

5.288.190,0

30,03

12,4

24.198,2

5.

“Qasid” ASC

Bakı ş., Nəsimi r-nu, 4 m/r, Cavadxan küç., 21

Mətbuat yayımı xidməti

İnvestisiya müsabiqəsi

229.790,0

85,00

0,16

559,9

6.

“Mingəçevir Texniki Rezin” ASC

Mingəçevir şəhəri, Samux küçəsi, 15

Texniki rezin məmulatlarının istehsalı

İnvestisiya müsabiqəsi

970.514,0

98,94

18,19

44.851,9

7.

“Zabrat-İstixana” ASC

Bakı ş., Sabunçu r-nu, II Zabrat qəsəbəsi

İstixanalarda meyvə-tərəvəz və bitki yetişdirilməsi

İnvestisiya müsabiqəsi

110.032,0

99,01

41,0

102.173,0

8.

“Zeyxur” Kiçik Su Elektrik Stansiyası

Qusar rayonu, Yuxarı Zeyxur kəndi

Elektrik enerjisi istehsalı

İnvestisiya müsabiqəsi

93.863,0

100,0

1,0

818,5

9.

“ASK Tekstil” MMC

Sumqayıt şəhəri, Sülh küçəsi, 3

Mahlıc emalı, iplik, trikotaj, tekstil məhsulları istehsalı

İnvestisiya müsabiqəsi

1.814.379,0

Sonradan müəyyən olunacaq

6,2

7.644,5

10.

“ASK İzolit” MMC

Mingəçevir şəhəri, Heydər Əliyev pr., 67

Polietilen və şüşə plastik boru, kompozit armatur

İnvestisiya müsabiqəsi

2.696.689,0

Sonradan müəyyən olunacaq

15,16

27.296,0

11.

“Azəripək” MMC

Şəki şəhəri, F.X.Xoyski küçəsi, 1

Xam ipək və ipək parçadan müxtəlif məhsul istehsalı

İnvestisiya müsabiqəsi

8.119.579,0

Sonradan müəyyən olunacaq

13,3

58.435,1

12.

Uşaq Bezi fabriki (əmlak kompleksi)

Bakı şəhəri, Qaradağ r., Salyan şosesi, 25-ci km

Uşaq bezi və salfet kağızı istehsalı

Sonradan müəyyən olunacaq

Dəqiqləşdirilir

100,0

12,0

21.500,0

13.

Şəki Ət kombinatı (əmlak kompleksi)

Şəki şəhəri, Öyrət kəndi, Qarasu ərazisi

Ət və ət məhsullarının hazırlanması

Sonradan müəyyən olunacaq

1.053.579,0

100,0

15,0

16.725,3

14.

Şəki Konserv zavodu (əmlak kompleksi)

Şəki şəhəri, Salman Mümtaz küçəsi, 8

Konserv məhsullarının hazırlanması

Sonradan müəyyən olunacaq

2.478.000,0

100,0

1,26

4.4461,9

15.

Gəncə Soyuducu anbar (əmlak kompleksi)

Gəncə şəhəri, Kəpəz r-nu, V.Tereşkova küç., 1

Soyuducu anbar

Sonradan müəyyən olunacaq

3.952.500,0

100,0

2,23

Dəqiqləş-diriləcək

16.

“Bakı Dəzgahqayırma” ASC

Bakı ş., Binəqədi r-nu, Biləcəri qəs., Y.Hüseynov küçəsi, 114

Metal kəsən dəzgahlar və onlar üçün texnoloji avadanlıqların istehsalı

Pul və ixtisas-laşdırılmış pul hərracı

1.522.110,0

99,7

5,4

8.946,0

17.

“Zaqatala Fındıq” ASC

Zaqatala şəhəri, Azərbaycan prospekti, 37

Fındıq tədarükü və emalı

Pul hərracı

838.868,0

30,03

3,03

Dəqiqləş-diriləcək

18.

“Gəncə Quşçuluq” ASC

Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi

Quş əti və yumurta istehsalı

Pul hərracı

1.223.095,4

30,05

16,5

51.688,3

19.

“Salyan Reproduktor Quşçuluq” ASC

Salyan rayonu, Qaraçala qəsəbəsi

Quş əti və yumurta istehsalı

Pul hərracı

220.530,0

30,02

9,7

10.331,5

20.

“Salyan Broyler” ASC

Salyan rayonu, Xalac kəndi

Quş əti və yumurta istehsalı

Pul hərracı

1.120.118,0

30,04

69,9

13.198,5

21.

“İmişli Yağ-pendir” ASC

İmişli rayonu, Rəsullu kəndi

Südün emalı, pendir və kəsmik istehsalı

Pul hərracı

238.217,6

30,03

2,0

Dəqiqləş-diriləcək

22.

“Şıxlar Broyler” ASC

Masallı rayonu, Şıxlar kəndi

Quşçuluq məhsullarının istehsalı və satışı

Pul hərracı

279.609,6

30,11

18,0

Dəqiqləş-diriləcək