Azərbaycanda ayaqqabı istehsalı 3,7 dəfə artıb

 11:27 20.03.2023     512

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 96,2 milyon manat dəyərində toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatları, ayaqqabı istehsal olunub.

Redaktor.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 3,7 dəfə, toxuculuq sənayesində 25,6 %, geyim istehsalında isə 17,3 % artım müşahidə edilib.