Bu ölkələr Azərbaycandan qaz tədarükünə dair saziş hazırlayır
Macarıstan aprelin sonunda Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.
Redaktor.az xəbər veriri ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Siyartonun sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər artıq konkret detallar üzrə danışıqlar aparılır.