Ağdamda ayaqqabı fabriki açılacaq

 12:10 10.04.2023     525

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.

Redaktor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

Onun sözlərinə görə, yeni rezident "BAFCO İnvest" MMC-dir. Şirkət investisiya məbləği 10 milyon manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradacaq və 120 nəfəri işlə təmin edəcək.