Azərbaycanda illik inflyasiya ilə bağlı proqnoz dəyişdi

 17:41 11.04.2023     497

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 11,3 % səviyyəsində olacağını proqnozlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun oktyabr ayına olan proqnoz göstəricisi ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

IMF gələn il Azərbaycanda inflyasiyanının 8 %, 2028-ci ildə isə 4 % səviyyəsində olacağını gözləyir.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda inflyasiya 13,9 % səviyyəsində qeydə alınıb.