Azərbaycan nefti ucuzlaşdı

 09:56 12.04.2023     567

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,47 ABŞ dolları və ya 0,53 % ucuzlaşaraq, 88,44 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.