Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri dörd dəfə artıb

 22:31 15.04.2023     691

2023-cü ilin yanvar-mart aylarında “Azərenerji” ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.

Bunlar 2022-ci illə müqayisədə ixrac həcmi üzrə 4,1 dəfə və dəyər üzrə 8,5 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63%, qeyri-neft sektoru üzrə ixracında isə 30,81% paya malik olub.