Azərbaycan nefti cüzi bahalaşdı

 10:46 19.04.2023     802

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % bahalaşaraq, 88,6 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.