Peşəkar İntellekt Liqası həyacanı “Misli” ilə davam edir - FOTO

 16:39 19.04.2023     894

Azərbaycanın qanuni lotereya və idman mərc  oyunları operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində hər zaman insan kapitalını üstün tutaraq, ölkədə elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən daha bir tədbirə dəstək olub.

Redaktor.az xəbər verir ki, bu dəfə “Misli” intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının (PİL) sponsoru olub.

İllərdir ki, həyata keçirilən PİL bu ildən “Misli”nin dəstəyi ilə davam edir. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəsilə aşılamaqdır.

 

222222222