Neftimiz 2 dollara yaxın UCUZLAŞDI

 09:35 26.04.2023     1112

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2 dollara yaxın ucuzlaşıb.

Redaktor.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,86 ABŞ dolları, yaxud 2,16 % azalaraq 84,4 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.