Heydər Əliyevin 100 illiyi münsibətilə qızıl pullar satışa ÇIXARILDI

 17:09 10.05.2023     2309

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb.

Bu barədə Redaktor.az-a AMB-dən məlumat verilib.

Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 troy unsiya (31,1 qram), 1/2 troy unsiya (15,55 qram), 1/4 troy unsiya (7,78 qram), 1/10 troy unsiya (3,11 qram) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.

Çəki

Metal

Nominal AZN

Satış qiyməti AZN

1 troy unsiya (31,1 qram)

qızıl

100

3752,03

1/2 troy unsiya (15,55 qram)

qızıl

50

1886,02

1/4 troy unsiya (7,78 qram)

qızıl

20

990,51

1/10 troy unsiya (3,11 qram)

qızıl

10

422,20

Yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.

Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını Mərkəzi Bank hayata keçirəcək

Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (https://coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.