İqtisadiyyat Nazirliyinə əlavə xidməti maşınlar verildi
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) artırılıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üçün ayrılan xidməti minik avtomobillərinin say həddi (limiti) 22-dən 27-yə qaldırılıb. 27 avtomobildən aparat üzrə 19-u ayrılıb. Əvvəl bu say 14 nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.