Prezidentin ehtiyat fondu 40 % azaldılır

 09:48 31.05.2023     271

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190,5 milyon manat və yaxud 31,2 % azaldılaraq 610 milyon manatdan 419,5 milyon manata endirilir.

Redaktor.az xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 200 milyon manat və yaxud 40 % azaldılaraq 500 milyon manatdan 300 milyon manata endirilməsi, büdcənin ehtiyat fondunun isə 9,5 milyon manat və yaxud 8,6 % artırılaraq 110 milyon manatdan 119,5 milyon manata qaldırılması nəzərdə tutulub.