Nazir Neft Fonduna toplanan vəsaiti açıqladı
“Dövlət Neft Fondunun aktivlərinin artırılması müsbət amildir”.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, Neft Fonduna daha çox vəsait toplanır.
“Digər tərəfdən, gəlirləri bütün hamısının xərclərə ayrılması düzgün deyil. Konkret makroiqtisadi vəziyyətdən asılı olaraq qərarlar qəbul edilir. 5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub”, - deyə nazir bildirib.