"OPEC+" ölkələri hasilatın səviyyəsi ilə bağlı razılığa gəldi

 21:25 04.06.2023     399

OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel səviyyəsində saxlamaq barədə razılaşıblar.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilata üzv ölkələrin nazirlərinin iclasının yekunları üzrə kommünikedə deyilir.

Qərar 1 yanvar 2024-cü ildən 31 dekabr 2024-cü ilə qədər qüvvədə olacaq. Eyni zamanda növbəti iclas noyabrın 26-na təyin edilib.

Ümumilikdə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.