Dünya Bankı neftlə bağlı proqnozunu aşağı saldı
Dünya Bankı 2023-cü ildə neftin qiyməti ilə bağlı proqnozunu 80 dollar/barelədək azaldıb, 2024-cü ildə üzrə isə proqnozu 82 dollar/barelə qədər yaxşılaşdırıb.
Redaktor.az “Praym”a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın hesabatında deyilir.
2023-cü il üçün qiymət proqnozu yanvar proqnozu ilə müqayisədə 8 dollar/barel azaldılıb, 2024-cü il üçün isə 2 dollar/barel artırılıb.
Dünya Bankı 2025-ci ildə neftin qiymətinin bir barel üçün 84,4 dollara yüksələcəyini gözləyir.