Azərbaycan nefti 1 dollardan çox ucuzlaşdı

 09:24 09.06.2023     234

"Azeri Light" markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

Redaktor.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,31 % azalaraq 78,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.