Azad edilmiş ərazilərdə investisiya imkanları və güzəştlər müzakirə edildi - FOTO

 17:40 09.06.2023     482

Xəbər verdiyimiz kimi, “Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün sərgi çərçivəsində “Baku Crystal Hall”da “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” mövzusunda panel müzakirələr təşkil olunub.

Öncə panel müzakirələrin təşkilatçısı “Marsol Group”un İdarə Heyətinin üzvü Bilal Qasımlı çıxış edərək sahibkarlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun moderatorluğu ilə keçirilən müzakirələrdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə, Kiçik və Orta Biznesin İnkişafl Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov və Sahibkarlığın İnkişafı Fondunun Partnyotlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov çıxış edərək azad olunmuş ərazilərdə sahibkarlara ediləcək güzəştlər, investisiya imkanları barədə ətraflı məlumat veriblər.

Çıxışçılar şirkətləri investisiya layihələri təqdim etməyə və Böyük qayıdışda iştirak etməyə çağırıblar.

Turan İSMAYIL

22222