“Azərsu” məlumat bazasını yeniləyəcək - VİDEO

 16:32 16.06.2023     582

Sabah saat 23:30-dan etibarən 24 saat müddətində “Azərsu” ASC-nin Müştəri informasiya sisteminin məlumat bazasının yenilənməsi və təkmilləşdirilməsi ilə əlaqədar yeni sistemə keçid işləri aparılacaq.

Redaktor.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla əlaqədar, müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prossesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.

- Dövlət qurumları ilə bağlı veb servislər;

- APUS ödəniş sistemləri;

- Asanpay Ödəniş sistemi;

- Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri;

- Smart kart ödəniş sistemləri;

- Elektron xidmətlər;

- Smart proqramlar;

- MİS-lə inteqrasiyada işləyən CİS proqramları;

- Məlumat hesabat proqramları (Dashboard-lar);

- İVR borc öyrən xidməti;

- Mobil oxumalar;

- MİS-in bütün modulları;

- Zəng mərkəzinin MİS qeydiyyat imkanları;

- Digər daxili proqramlar.

"Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların ödənilməsi mümkün olmayacaq. Bunu nəzərə alaraq abonentlər ehtiyat tədbirlər görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 Zəng mərkəzinin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq. Abonentlərdən məsələyə anlayışla yanaşmağı xahiş edirik", - deyə qurum bəyan edib.