Avropada təbii qaz 7%-dək ucuzlaşdı
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 365 ABŞ dollarından aşağı enib.
Redaktor.az xəbər verir ki, 19 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 364,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (390,9 dollar) ilə müqayisədə 6,7% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.