Dövlət satınalmaları ilə bağlı ləğv edilən protokolların sayı açıqlandı

 12:56 20.06.2023     358

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 3 097 yekun protokol təhlil olunub.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Facebook”da bildirib.

Onun sözlərinə görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 367 yekun protokol ləğv edilib.