Dünyanın ən varlı dövlətləri açıqlandı - FOTO

 22:29 21.06.2023     467

Amerikanın “Global Finance” maliyyə jurnalı 2023-cü ildə əhalisinin adambaşına düşən milli gəlirinə görə dünyanın ən varlı dövlətlərinin siyahısını dərc edib.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, siyahıya İrlandiya, Lukemburq və Sinqapur başçılıq edir.

Adambaşına düşən 18669 dollarlıq xalis gəlirlə 92-ci yeri Azərbaycanın tutduğu siyahıda Türkiyə 53-cü yerdədir.

Regionda Gürcüstan 79, İran 84, Ermənistan isə 85-ci sırada qərarlaşıb.

Ermənistan əhalisinin adam başına illik xalis gəliri 19489 dollardır.

Tunar Altunbay