Lirə ucuzlaşmaqda davam edir
Türkiyə lirəsi Azərbaycan manatına qarşı ucuzlaşıb.
Redaktor.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 1 türk lirəsi isə 0.0721 manatdan 0.0672 manata kimi dəyər itirib.
Digər valyutaların məzənnəsinə gəldikdə, iyunun 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 Rusiya rublu 0,0204 manata kimi bahalaşıb, 1 avro 1,8587 manata kimi ucuzlaşıb.
Qeyd edək ki, ötən gün 1 Rusiya rublu 0,0202 manat, 1 Avro 1,8680 manat,1 türk lirəsi isə 0.0721 manat təşkil edib.