Agentlik yerli buğda istehsalçılarından ərzaqlıq buğdanın tədarükünü elan etdi

 15:34 03.07.2023     325

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi 2023-cü il 1 sentyabr tarixinədək yerli buğda istehsalçılarından 2023-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edir.

Tədarük ediləcək ərzaqlıq buğda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən aşağıdakı keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir:

Göstəricinin adı

1-ci sinif buğda üçün

2-ci sinif buğda üçün

3-cü sinif buğda üçün

1. Dənin naturası

≥ 770 q/l

≥ 760 q/l

≥ 750 q/l

2. Zibil qarışığı,

o cümlədən:

2.1. mineral qarışığı (daş, qum, torpaq, çınqıl)

2.1.1. çınqıl

≤ 1,5%

 

≤ 0,3%

≤ 0,1%

≤ 1,5%

 

≤ 0,3%

≤ 0,1%

≤ 2,0%

 

≤ 0,3%

≤ 0,1%

3. Dən qarışığı,

o cümlədən:

3.1. cücərmiş dən

3.2. xarab olmuş dən

≤ 3,0%

 

≤ 1,0%

≤ 1,0%

≤ 3,0%

 

≤ 1,0%

≤ 1,0%

≤ 5,0%

 

≤ 1,0%

≤ 1,0%

4. Nəmlik

≤ 14,0%

≤ 14,0%

≤ 14,0%

5. Qlüten göstəriciləri

5.1. yaş qlütenin miqdarı

5.2. qlüten indeksi

və ya

5.3. sedimentasiya

 

≥ 32,0%

50-85 ədəd

≥ 50 ml

 

≥ 28,0%

50-85 ədəd

≥ 50 ml

 

≥ 23,0%

45-95 ədəd

≥ 35 ml

6. Şüşəvarilik

≥ 60,0%

≥ 60,0%

≥ 40,0%

7. Zülalın quru maddəyə görə kütlə payı

≥ 14,5%

≥ 13,5%

≥ 12,5%

8. Düşmə ədədi

≥ 200 saniyə

≥ 200 saniyə

≥ 200 saniyə

9. Qoxu və rəng – sağlam buğda dəninə məxsus olmayan bütün digər əlamətlər

 

yol verilmir

 

yol verilmir

 

yol verilmir

Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılacaqdır. Keyfiyyət göstəricilərinin bütün tələblərinə cavab verməyən yerli ərzaqlıq buğda qəbul edilməyəcəkdir.

Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti Azərbaycan Respublikasına son ay ərzində idxal edilən buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq 420 (dörd yüz iyirmi) manat müəyyən edilir və bu qiymət növbəti ay müəyyən ediləcək orta idxal statistik göstəricisinə uyğun olaraq dəyişə bilər. Ərzaqlıq buğdanın təhvil yerinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına uyğun olaraq pilot layihə çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi təhvil verilmə dövründə dövlət tədarük qiymətindən (2023-cü il üçün 450 (dörd yüz əlli) manat müəyyən edilmişdir) aşağı olduğu hallarda, aradakı fərqin istehsalçıya kompensasiya edilməsi məqsədilə məhsul subsidiyasının əmsalı Aqrar Subsidiya Şurası tərəfindən yenilənəcəkdir.

Təkliflərin (akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq edilmiş keyfiyyət göstəriciləri və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatının surəti əlavə edilməklə) [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Əlavə məlumat üçün telefon nömrəsi +994 12 210 01 95.