Taleh Kazımov AYİB-in nümayəndə heyəti ilə görüşdü

 18:48 04.07.2023     446

"Bu gün Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük".

Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüş zamanı AYİB-in Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edilib.

“Görüşdə AYİB-in Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, - deyə Taleh Kazımov vurğulayıb.