Kredit faizləri azaldılacaq? - Mərkəzi Bankdan AÇIQLAMA

 15:10 10.07.2023     283

Bankların kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir.

Redaktor.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Ziya Əliyev "Bank mübahisələrinin uğurlu həlli üsulları" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə bildirib ki, tədbirlərdə ən çox soruşulan məsələ kredit faizləridir:

“Pulun qiymətinin formalaşmasında daha mürəkkəb amillər iştirak edir. Mərkəzi Bank bu bazarda tənzimləyicidir. Biz tənzimləmə çərçivələrini inkişaf etdiririk. Nəzarət tədbirlərini gücləndiririk ki, həmin çərçivələrə riayət olunsun”.

AMB rəsmisi qeyd edib ki, Mərkəzi Bank tələb və təklif amillərini müəyyən etmir.