Neftimizin qiyməti 84 dolları ÖTDÜ
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb.
Redaktor.az xəbər verir ki, dünya bazarında "Azeri Light" neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 0,92 % artaraq 84,30 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.