Gürcüstan Azərbaycana dərman ixracını artırıb

 13:55 24.07.2023     258

Gürcüstan cari ilin birinci yarısında Azərbaycana 12,08 milyon ABŞ dolları dəyərində 290,22 ton dərman ixrac edib.

Redaktor.az "apa"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən dərmanların dəyəri illik ifadədə 1,77 milyon dollar və ya 17,16% artıb, həcmi isə 47,71 ton və ya 14,11% azalıb.

Ötən ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana 10,31 milyon dollar dəyərində 337,93 ton dərman ixrac edib.