Azərbaycan nefti bu qiymətə satılır

 09:57 28.07.2023     644

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Redaktor.az xəbər verir ki,  Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.3 ABŞ dolları və ya 0.34% artaraq 88.06 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.