Kartmane sahibləri yeni şərtlərlə daha çox qazanacaq!

 12:12 01.08.2023     891

Ölkənin aparıcı banklarından biri olan Rabitəbank müştərilərini düşünərək Kartmane üzrə şərtləri yeniləyib, göstərdiyi xidməti və fürsətləri daha da zənginləşdirib.

Belə ki, 1 avqust 2023 tarixindən etibarən çoxdandır gözlənilən bir çox xidmətlər üzrə tariflər yenilənir, imkanlar daha da artır və fürsətlərlə dolu yeniliklər əlavə olunur.

Kartmanedə nələr dəyişir?

Artıq keşbek kateqoriyalar ləğv olunur və bütün keşbeklər cəmi bir Yaşıl keşbekdə birləşir:

Belə ki, Kartmane istifadəçiləri yuxarıda sadalanan bütün keşbeklər üzrə xərclədikcə eyni anda heç bir dövriyyə tələbi olmadan qazana biləcəklər. Bundan başqa, daha öncə ayda 5 nağdlaşdırma limiti ləğv edildi, artıq Rabitəbankın debet kartları üzrə aylıq ATM nağdlaşdırma komissiyasız oldu, ümumi aylıq keşbek məbləği isə 200 AZN-ə yüksəldi. Dəyişikliklər bununla da bitmir. SMS məlumatlandırma xidməti də yeniləndi. Belə ki, bütün bildirişlər artıq PULSUZ şəkildə Rabita Mobile tətbiqi üzərindən push-bildirişi olaraq smartfonunuza göndəriləcəkdir. Bütün məhsullar üzrə SMS məlumatlandırma xidmətinin aylıq ödəniş haqqı isə cəmi 5 AZN təşkil edəcəkdir.

Kartmanedən bütün kartlara köçürmə komissiyasız oldu, POS terminal və ATM nağdlaşdırma, Miles və Azercell keşbeklərin tarifləri dəyişdi və daha bir çox yeniliklər haqqında buradan öyrənə bilərsiniz: https://rbt.az/newkrt

Qeyd edək ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq
platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.