“Azeri Light” 89 dollara satılır

 10:45 17.08.2023     269

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,16 ABŞ dolları və ya 0,18% artaraq, 89,29 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.