“Brent” neftin qiyməti 88 dolları ötdü
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Redaktor.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,72 dollar artaraq 88,55 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,92 dollar bahalaşaraq 85,55 dollar təşkil edib.