Azərbaycanın ən yaxşı ixracatçıları açıqlandı

 17:34 02.09.2023     300

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi bu ilin yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracını həyata keçirən qeyri-dövlət dövlətə məxsus ixracatçı subyektlərin reytinqini açıqlayıb.

Redaktor.az-a Mərkəzin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə fiziki şəxs Şirinov Elvin Valeh oğlu (66,8 milyon ABŞ dolları) başçılıq edir.

Daha sonra bu siyahıya daxildir “MKT İstehsalat Kommersiya” MMC (57,3 milyon ABŞ dolları), “Baku Steel Company” QSC (47,7 milyon ABŞ dolları), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limi ted Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (42,9 milyon ABŞ dolları), “Best Logistik” MMC (30,1 milyon ABŞ dolları), “STP Global Cable” MMC (28 milyon ABŞ dolları), “P-Aqro” MMC (25,8 milyon ABŞ dolları), “Mega Fruit Az” MMC (19,8 milyon ABŞ dolları), “My Fruit” MMC (19,8 milyon ABŞ dolları), “Almeyvə” MMC (18,1 milyon ABŞ dolları).

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ASC (314 milyon ABŞ dolları) başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (215,4 milyon ABŞ dolları), “SOCAR Polymer” MMC (181,3 milyon ABŞ dolları), “Azəralüminium” MMC (77,4 milyon dollar), “AzerGold” QSC (46,9 milyon ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (15,8 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (15,1 milyon ABŞ dolları), “Azərbaycan Dəmir Yolları” QSC (1,2 milyon ABŞ dolları), “Azəripək” MMC (1,1 milyon ABŞ dolları), “ASK Tütün” MMC (565,6 min ABŞ dolları).