Bu il Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləğinin həcmi açıqlanıb

 13:45 16.09.2023     253

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 462,4 min manatdan çox, təkcə avqust ayında isə 88,7 min manat ƏDV məbləği geri qaytarılıb.

Redaktor.az xəbər verir ki, bu  barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvarla müqayisədə avqustda istehlakçılara qaytarılan məbləğ 4,2 dəfə artıb.